Slovenlər, Xorvatlar və Serblər dövləti (serb-xorv. Država Slovenaca, Hrvata i Srba / Држава Словенаца, Хрвата и Срба; sloven. Država Slovencev, Hrvatov in Srbov) — Avstriya-Macarıstan dağılmasından sonra Balkan yarımadasında meydana gələn dövlət quruluşu.[1] 1918-ci il oktyabrın 29-da Xorvatiya və Slavoniya Krallığının, Dalmasiya Krallığının, Bosniya və Herseqovina və Krayna hersoqluğunun vahid bir dövlətə birləşdirilməsi nəticəsində yarandı. O, heç bir dövlət tərəfindən tanınmadı.[2] Həmin il dekabrın 1-də dövlət Serbiya krallığı ilə birləşdi və bununla Serblər, Xorvatlar və Slovenlər Krallığını (1929-cu ildən Yuqoslaviya Krallığı) yarandı. Serbiya kralı I Pyotr Karageorgiyeviç dövlət başçısı elan edildi.
Slovenlər, Xorvatlar və Serblər dövləti | |||||
---|---|---|---|---|---|
serb-xorv. Država Slovenaca, Hrvata i Srba / Држава Словенаца, Хрвата и Срба; sloven. Država Slovencev, Hrvatov in Srbov | |||||
| |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Zaqreb | ||||
İdarəetmə forması | konstitusiyalı monarxiya, parlamentli respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Ölkə əhalinin mütləq əksəriyyətini təşkil edən üç cənubi slavyan xalqının (slovenlər, xorvatlar və serblər) şərəfinə aldlandırıldı. Eyni zamanda, boşnaklar ayrı millət sayılmırdılar.
Dövlət rəsmi olaraq 1918-ci il oktyabrın 29-da quruldu. Ölkəni nüfuzlu siyasətçilərindən ibarət Slovenlər, Xorvatlar və Serblərin Milli Şurası (serb-xorv. Narodno vijeće Slovenaca, Hrvata i Srba / Народно вијеће Словенаца, Хрвата и Срба) idarə edirdi. Sloveniyalı Anton Koroşets ölkə prezidenti idi. Vitse-prezidentlər serb Svetozar Pribiçeviç və xorvat Ante Paveliç (Xorvatiya Müstəqil Dövlətinin lideri Ante Paveliç ilə səhv salmayın) idilər.
Yeni yaradılan ölkənin əsas məqsədi keçmiş Avstriya-Macarıstan İmperiyasının bütün slovenləri, xorvatları və serblərini birləşdirmək idi. Ancaq Banat, Baçka və Baranya bölgələrinin sakinləri paytaxtı Novi Sad şəhərində olan inzibati-ərazi vahidi yaratdılar. Voyevodinanın bu bölgələri 25 noyabr 1918-ci ildə Serbiya krallığının bir hissəsi oldu. Hadisədən bir gün əvvəl, noyabrın 24-də əvvəlcə Slovenlər, Xorvatlar və Serblər dövlətinin tərkibində olan Srem bölgəsinin administrasiyası ölkədən ayrılaraq, Serbiyanın tərkibinə qoşuldular.
Bir ay ərzində mövcud olmuş dövlət beynəlxalq hüquqi tanınmasına nail ola bilmədi. 1 dekabr 1918-ci ildə o, Serbiya Krallığı ilə birləşərək Balkanlarda yeni bir dövlət Serblər, Xorvatlar və Slovenlər krallığını yaratdılar.