Smilyan — Xorvatiyanın Lika dağlıq regionunda yerləşən kənd. Kənd Qospiç qəsəbəsinin 6 km şimal-şərqində və Zaqreb-Split şossesindən 15 kilometr uzaqlıqda yerləşir. Əhalisi 418 nəfərdir.[2] Smilyan kəndi Nikola Teslanın anadan olduğu yer kimi çox məşhurdur.
Kənd | |
Smilyan | |
---|---|
44°34′ şm. e. 15°19′ ş. u.HGYO | |
Ölkə | Xorvatiya |
Region | Lika |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1504 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 418 nəfər (2011) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +385 053 |
Poçt indeksi | 407 31292 |
Vikianbarda əlaqəli mediafayllar |
Tesla 10 iyul 1856-cı ildə Smilyan kəndində anadan olub.[3]
Elektrik mühəndisi və ixtiraçı Teslanın anadan olmasının 150-ci il dönümünə görə Xorvatiyada Tesla xatirə kompleksinin rəsmi açılşı olub. Bu kompleksin tərkibinə onun bərpa edilmiş uşaqlıq otağı da daxildir.[3] İndiki dövrdə Serb ortodoks kilsəsi ilə birlikdə Teslanın anadan olduğu ev və onun ətrafındakı ərazi ixtiraçının həyatının ətraflı nümayiş olunduğu muzey və Teslanın ixtiralarının müxtəlif eksponantları ilə xatirə kompleksini təmsil edir.[4] Yaxınlıqdakı binada qurultay salonu da var. İlk dəfə xatirə kompleksi 1956-cı ildə tikilib. Xorvatiya müharibəsi zamanı hələ də müəyyən olunmayan cinayətkarların açdığı atəş ilə baş verən yanğın nəticəsində binaların bir neçəsinə ziyan dəyib.[5] Xorvatiya hakimiyyəti kompleksi yenidən bərpa etdirdi və 2006-cı ildə Xorvatiya, eləcə də Serbiyanın ən yüksək vəzifəli şəxslərinin iştirakı ilə xatirə kompleksinin açılışı oldu.[6]