Smolenskdə təyyarə qəzası (10 aprel 2010)

10 aprel 2010-cu il tarixində Smolenskdə qəzaya uğramış təyyarədə Polşa prezidenti Lex Kaçinski və xanımı, ölkənin sabiq prezidenti Rışard Kaçorovski, Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, general Tadeuş Ploski, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, Milli Bankın rəhbəri Slavomir Skşipek, sabiq müdafiə naziri və Polşa prezidentliyinə keçmiş namizəd Yeji Şmaydzinski, Prezident Katibliyinin rəhbəri Vladislav Stasyak, Baş Qərargah rəisi Frantişek Qonqor da olub.

Smolenskdə təyyarə qəzası (10 aprel 2010)
Ümumi məlumatlar
Tarix
Qəza səbəbi Dəqiq məlumat yoxdu
Yer Smolensk, Rusiya
Ölkə
Yaralı sayı 0
Ölü sayı 96
Təyyarə
Təyyarə modeli Tupolev Tu-154
Havayolu şirkəti Polşa Havayolları
Qalxma yeri Polşa Polşa Frédéric Chopin adına aeroport, Varşava
İstiqamət VarşavaSmolensk
Uçuş nömrəsi PLF101
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lex Kaçinski Smolensk vilayətinin Katın kəndində anım tədbirlərində iştirak etməliydi. 1940-cı ilin yazında polşalı zabitlər həmin kənddə güllələnib. Polşa prezidenti ilə bərabər, güllələnmiş zabitlərin övlad və nəvələri də təbirə qatılmalıydılar. Lex Kaçinski Smolenskə təyyarə ilə, oradan Katına isə xüsusi qatarla getməliydi.

Məlum olub ki, Polşa prezidentinin təyyarəsi qəzadan əvvəl 3-4 dəfə eniş cəhdi edib. Smolensk vilayət administrasiyasının mətbuat xidmətindən bildiriblər ki, qəzaya səbəb pis hava şəraiti olub: «Pis hava şəraiti üzündən təyyarə 3-4 dəfə cəhd etsə də, eniş alınmayıb. Dispetçer pilotlara 200 kilometr aralıda olan Minsk aeroportuna eniş etməyi məsləhət görsə də, təyyarənin heyəti öz qərarı ilə enişi məhz Smolenskdə etməyə çalışıb».

Qəzada müəmma

[redaktə | mənbəni redaktə et]

Təyyarə qəzası baş verdikdən sonra internetdə Youtube saytında bir video peyda olub. Bu videoda Lex Kaçinskinin olduğu güman olunan təyyarənin qalıqları arasında gəzişən üç nəfər silahlı şəxsin sağ qalan və kömək istəyən insanları güllələdiyi göstərilir.[1] Polşanın hərbi prokuroru deyib ki, Rusiyanın Smolensk şəhəri yaxınlığında baş verən qəzadan bir neçə dəqiqə sonra mobil telefonla çəkilən və qəza yerində gəzən üç siluet, silah və gülüş səsləri, təyyarədən çölə çıxan bir adamın və nəhayət, pilotun qışqıraraq yardım istəməsi ilə bağlı yayılan görüntülər həqiqidir. Bu video hadisə yerinə çatan ilk şahid tərəfindən çəkilib və bu zaman hadisə yerində nə təcili yardım, nə də xilasedicilər olub. Ləngidilmiş kadrlarda sağ qalan bir nəfərin əlini yuxarı qaldırması görünür və bunun sağ qalan pilot olduğu ehtimal edilir. Daha sonra, videoda bir neçə dəfə atəş səsləri və həyəcan siqnalı eşidilir. Birinci atəş səsindən sonra naməlum 3 nəfərin gülüş səsləri və sonuncu atəş səslərindən sonra isə rusca deyilən aşağıdakı sözlər aydın eşidilir: "Vse nazad, uxodim" (azərb. Hamı geriyə, gedirik‎). Bu naməlum üç nəfərin kim olduqları məlum deyil. Polşanı şoka salan həmin görüntüləri mobil telefonla çəkən Rusiya vətəndaşı Andrey Mendiereyin həmin görüntüləri internetdə yerləşdirməsindən sonra bel nahiyəsindən bıçaqlandığı və daha sonra xəstəxanada süni nəfəs aparatının söndürüldüyü bildirilir.[2]

2018-ci ildə Tu-154 təyyarəsinin qalıqları xüsusi avadanlıqlarla müayinə edilmiş və bu qəzada həlak olmuş şəxslərdən birinin cəsədi üzərindən partlayıcı maddə izləri aşkar edilib.[3]

  1. Youtube.com
  2. Kaçinskinin ölümü ilə bağlı müəmma böyüyür[ölü keçid]
  3. APA TV. "Mərhum Polşa prezidentinin təyyarəsində partlayıcı izləri" (az.). Youtube.com. 05.06.2018. İstifadə tarixi: 2018-06-06.