Tupolev Tu-154 Rus istehsalı olan orta mənzilli üç mühərrikli sərnişin təyyarəsidir. Boeing 727-yə oxşar bir dizayna sahibdir.
Rusiya, Şərqi Avropa, Kuba, Çexoslovakiya və daha çox ölkədə istifadə olunan Rusiyanın ən çox istehsal olunan sərnişin təyyarəsidir. İstehsal edilən sərnişin təyyarələrinin çoxu Aeroflotda (keçmiş SSRİ və indiki Rusiya Hava yolları) xidmət göstərdi. Hal hazırda 17 fərqli hava yolu şirkətində ildə təxminən 138 milyon sərnişin daşıyır. Təyyarənin dizaynı ona həm torpaq həm də buzlu zolaqlara enməyə imkan verir. Şimal qütbü kimi həddən artıq soyuq şəraitlərdən təsirlənmədən qalxış üçün gözləyə bilər. Tu 154 1 mach sürətə çata bilən ən sürətli sərnişin təyyarələrindən biridir.
Tu 154 Aeroflotda xidmət göstərən köhnə Tu 104 təyyrələrinin yerini doldurmaq üçün dizayn olunmuşdur. Aeroflot sovet təyyarə konsturktorlarından 16-18 ton yük daşıma qabiliyyətli, 2500–4000 km mənzil, operativ sürəti 900 km/saat və ya 6 ton yük daşıma 7000 km-ə qədər mənzil, 850 km/saat uçuş sürətinə sahib yeni bir model dizaynı tələb etdi. Dizayn olunan təyyarənin tam yüklə 2500 metrlik zolaqdan qaxış edə bilməsidə
digər şərtləri olmuşdur.
19 fevral1973. Tu-154-ün ilk qəzası. Moskvadan qalxan təyyarə Praqa aeroportuna enərkən uçuş zolağına 470 metr qalmış qəzaya uğrayıb. Göyərtədəki 100 nəfərdən 66-sı həlak olub.
Həmin il keçmiş SSRİ-də iki Tu-154 təlim vaxtı qəzaya uğrayıb. Təyyarələrdə sərnişin olmadığı üçün tələfat az olub.
23 dekabr1984. Hidrosistemin və mühərrikin sıradan çıxması nəticəsində qəza baş verib, 110 nəfərin hamısı həlak olub
10 iyul1985. Tu-154-ün ən böyük qəzası. Həddən artıq yüklənmiş təyyarə Özbəkistanın Uçquduq şəhərinə enmək üçün kəskin ştopor edib. İdarəetməni itirən təyyarə yerə çırpılıb, göyərtədəki 200 nəfərin hamısı həlak olub
8 fevral1993. Tehran yaxınlığında qırıcı ilə toqquşan təyyarədə 131 nəfər və qırıcıdakı 2 pilot həlak olub.
3 iyul1997. Pilotun xətası üzündən İrkutska enən təyyarədə 145 nəfərin hamısı həlak olub.
4 oktyabr2001. Ukraynanın hava hücumundan müdafiə qüvvələri təlim zamanı səhvən mülki təyyarəyə atəş açıb. Təyyarədəki 78 nəfərin hamısı Qara dənizdə can verib.