Smolls mayakı (ing. Smalls Lighthouse) — Birləşmiş Krallıq daxilindəki Uelsin Pembrukşir qraflığındakı Marlus yarımadasından 32 kilometr (20 mil) qərbdə, Qrassholm adasından 13 kilometr (8.1 mil) qərbdəki Smolls adasında yerləşən mayak. Mayakın yerləşdiyi Smolls adası dalğalar tərəfindən yuyulmuş bazalt və dolerit qayalar qrupunun ən böyüyüdür.[3][4] İndiki mayak 1776-cı ildə ucaldılmış köhnə mayakı əvəzləmək üçün 1861-ci ildə mühəndis Ceyms Duqlas tərəfindən ucaldılmışdı.[5] Bu, "Trinity House" təşkilatının əməliyyatda olan ən ucqar mayakıdır.[6]
Smolls mayakı | |
---|---|
| |
Ölkə | |
Yerləşir |
Smolls adası Marlus yarımadası, Pembrukşir, Uels, Birləşmiş Krallıq |
Koordinatlar | 51°43′16″ şm. e. 5°40′11″ q. u. |
Yandırılma ili | 1861 (indiki) |
Memar | Ceyms Nikolas Duqlas |
Tikilmə tarixi | 1776 (əvvəlki) |
Tikinti materialı | daş |
Forması | təpəsində balkon, fənər və vertolyot meydanı olan sivriləşdirilmiş silindrik qüllə |
Əlamət | rənglənməmiş qüllə |
Hündürlüyü | 41 metr (135 ft) |
Diapazon | 33 kilometr (21 mil) |
İşıq xarakteristikası | Fl (3) W 15s. (24h) |
Status | fəaliyyət göstərir |
Admirallıq nömrəsi | A5278 |
MCMKA nömrəsi | 5600 |
HRMC nömrəsi | WAL-023 |
İdarəedici agent | Trinity House[1][2] |
İntensivliyi | 39.800 kandela |
Vikianbarda əlaqəli mediafayllar |
İlkin Smolls mayakı Liverpul şəhərindən olan musiqi instrumenti istehsalçısı Henri Uaytsaydın planları əsasında 1775–1776-cı illərdə ucaldılmışdır. Mayak palıddan hazırlanmış doqquz sütun üzərində dayanırdı. Mayakın yırğalanmadan əziyyət çəkməsinə baxmayaraq, 80 il dayanmışdır. Bu 80 il ərzində mayaka əlavə sütunlar da yerləşdirilmişdir.[7]
Uaytsayd mayakı 1777-ci ildə ziyarət edən zaman o, fırtınaya görə adada düz bir ay ilişib qalmışdı. Uaytsayd Sent-Deyvids şəhərindəki bir dostuna məktub yazmış və onu bir qutunun içərisindəki butulkaya qoyaraq dənizə atmışdır. Məktubda "Ümidimiz yoxdur, ancaq bunu götürən hər kimdirsə, çox rəhmkardır, çünki bu məktub Uellsdəki Sent-Devids yaxınlıqlarındakı Trelitində yerləşən Eskdə yaşayan Tomas Uilyamsa göndərilib" yazılmışdı. Məktub iki gün sonra Uaytsaydın məktubu göndərdiyi adamın demək olar ki, qapısına çatır.[8]
Köhnə mayak 1801-ci ildə mayak qanunlarına dəyişiklik edilməsinə səbəb olmuşdur. Mayakı idarə edən ikinəfərlik heyətin üzvləri Tomas Houell və Tomas Qriffitin bir-birləri ilə tez-tez dava etdikləri bilinirdi. Qriffit əcaib bir hadisə nəticəsində öləndə Houell qorxdu ki, əgər o Qriffitin meyitini dənizə atsa, onun meyiti səlahiyyətlilər tərəfindən tapılar və onlar Houelli cinayət ilə günahlandırar.[9] Qriffitin meyiti çürüyərkən Houell meyit üçün əldəqayırma bir tabut hazırlayır. Houell içində Qriffitin meyiti olan tabutu bayırda yerləşən bir qəfəsə qoyur. Bir müddət sonra güclü küləklər tabutu parçalayır və meyitin qolu Huellin qaldığı daxmanın pəncərəsinə doğru uçur. Sərt küləklər əsdikcə, meyitin qolu o yana bu yana uçur. Meyitin qolu elə formada uçur ki, sanki o, jest göstərir. Keçmiş partnyorunun çürüyən bədəninə və mayakda tək başına işləməli olmasına baxmayaraq, Houell mayakın işıqlarını açıq saxlaya bilir. Houellin vəzifə müddəti sona çatanda vəziyyətin təsiri onun üçün emosional baxımdan o qədər ağır idi ki, onun dostları onu tanıya bilmirdi. İdarəedici orqanın hadisədən sonra mayak qanunlarına etdiyi dəyişikliyə görə, mayakı idarə edən heyət üç nəfərdən ibarət olmalı idi. Bu qanun Böyük Britaniya mayaklarının 1980-ci illərdə avtomatlaşdırılmasına qədər qüvvədə olmuşdur.
1831-ci ildə ada güclü dalğalar tərəfindən sovrulur. Bu zaman mayakın gözətçi daxması dağılır. Gözətçilərin hamısı yaralanır və onlardan biri vəfat edir. Buna baxmayaraq, mayak təmir edilir və daha 30 il fəaliyyət göstərir.[10]
Smolls mayakı nəqliyyat tarixində əhəmiyyət daşıyır. 1837-ci ildə ABŞ kapitanı Tomas Habbard Samner ağır iqlim şəraitində Smolls mayakına yaxınlaşarkən ülvi mövqe xətlərini, bərabər yüksəkliklər dairəsini kəşf edir.[11][12]
"Trinity House" təşkilatı mayakı 1836-cı ildə keçmiş icarədarlarından satın almışdır.[13] Yeni mayakın tikintisinə 26 iyun 1857-ci ildə start verilmişdir.[14] Mayakın tikinti prosesi 1861-ci ildə sona çatmışdır.[15][16]
Mayak 1987-ci ildə avtomatlaşdırılmışdır.
Smolls mayakı faciəsi 2011-ci ildə ssenarisi Alan Harris tərəfindən yazılmış "Mayak" (ing. The Lighthouse) adlı bir "BBC" radio tamaşasının mövzusu olmuşdur.[17]
2016-cı ildə Kris Krou tərəfindən çəkilmiş "Mayak" filmi azad surətdə hadisəyə əsaslanmışdır.[18] 2019-cu ildə Robert Eggers tərəfindən çəkilmiş "Mayak" filmi hadisədən ilhamlanmışdır.[19]
The new lighthouse on the Smalls off the entrance to Milford Haven is complete as far as the exterior is concerned, the lantern having been placed on the tower, and the workmen being now engaged in finishing the interior. A landing-wharf is being erected to the north-east, to be formed of huge blocks of granite, bolted togetherin the strongest manner possible, to resist the heavy seas. The first stone of the new tower was laid on the 26th of June, 1857, so that little more than three years have been occupied in its erection. It stands 120 feet above the rock, and is very prominent at sea.
The new lighthouse on the Smalls, at the entrance to Milford Haven, is complete as far as the exterior is concerned, the lantern having been placed on the tower, and the workmen are now engaged in finishing the interior.