Smyrniopsis aucheri

Auxer lələklivəsi (lat. Smyrniopsis aucheri) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin lələklivə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –Vu D2. Azərbaycanın nadir növüdür.

Auxer lələklivəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündədir. Kökətrafı və gövdə yarpaqları iridir, ikiqat lələkvari bölünmüşdür, ayası yumurtavaridir. Çətirləri 12-15 şüalıdır. Çiçəkləri sarı, ikicinsli və erkəkciklidir. Meyvələri yumurtavari, 6-7 mm uzunluqda, qabarıq qabırğalı və yastı novludur, sütuncuğu uzun və açılmışdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə iyun, meyvəvermə iyul ayına təsadüf edir. Orta və yuxarı dağ qurşaqlarında quru, daşlı yamaclarda rast gəlinir.

Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Keçili və Kükü kəndləri).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın ehtiyatı azdır. Mənfi amillərə həssaslıq göstərir.  

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

İqlim amillərinin təsiri nəticəsində yaşama ərazisi məhdudlaşır. 

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Yayılma yerlərində antropogen təsiri azaltmaq, yasaqlıqların yaradılması, toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni areallarının axtarılması təklif olunur. 

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Smyrniopsis armena Schischk.
  • Smyrniopsis aucheri var. involucrata Tamamsch. & Fed.
  • Smyrniopsis munzurdaghensis Yıld.