Snou boğazı (rus. Cноу (Пролив)) — Sakit okeanına daxil olan Cirpoy adasını Qara qardaşlar (Brat Ciopoev) adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 7 km, ən dar eni isə 3 km təşkil edir. Dərinliyi 500 metrə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Sotoiv,Lazurnıy (Cirpoy), Somotuqa Semenova (Brat Cirpoy) burnuları vardır. Şimal hissədə sualtı və su üstü qayalıqlar vatdır. Cənubunda Morskaya Vıdra adası və Otşelnik qayası vardır. Burada şərq istiqamətində güçlü axınlar olur. Boğazı ingilis Henri Djeyms Snounun şərəfinə adlandırılmışdır. O Kuril adalarında 1873 - 1896 cı illərdə ovla məşqul olmuşdur. Sahillərində yaşayış məntəqələri yoxdur. Saxalin diyarının ərazisinə daxildir.
Snou boğazı | |
---|---|
rus. Cноу (Пролив) | |
Ümumi məlumatlar | |
Eni | minimum 3 km |
Uzunluğu | 7 km |
Ən böyük dərinliyi | 500 m |
Yerləşməsi | |
46°29′33″ şm. e. 150°49′47″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Cirpoy adasını Qara Qardaşlar (Cirpoyev qardaşları) adasından |
|