Sofiya Hellkvist (ing. Sofia Kristina Hellqvist və ya rəsmi adı: ing. Princess Sofia, Duchess of Värmland; d. 6 dekabr 1984, Elvdalen, İsveç) — Varmland Düşesi. İsveç şahzadəsi Karl Filip Edmund Bertilin həyat yoldaşı; keçmiş erotik qlamur model və realiti-şou iştirakçısı.
Sofiya Hellkvist | |
---|---|
ing. Sofia Kristina Hellqvist | |
| |
Digər adları | ing. Princess Sofia, Duchess of Värmland |
Doğum tarixi | |
Doğum yeri | İsveç, Elvdalen |
Həyat yoldaşı | Karl Filip Edmund Bertil |
Fəaliyyəti | model[d], əsilzadə, yoga instructor |
Vikianbarda əlaqəli mediafayllar |
Sofiya Hellkvist 1984-cü ilin dekabrın 6-da İsveçin mərkəzindəki Elvdalendə, orta sinif mənsubu olan ailədə anadan olub və "adi vətəndaş" sayılır.[1]
Məktəbi Stokholmda başa vurandan sonra, Nyu-Yorkdakı biznes və ingilis dili məktəbində oxuyub.[1] Daha sonra yoqa kurslarında təhsil alıb, Stokholm Universitetində qlobal etika, uşaqlar və gənclərin hüquqlarını öyrənib.[1][2]
Model karyerası da olan Sofiya 20 yaşında ikən "Paradise Hotel" realiti-şousuna qatılmışdır.[1][3]
13 iyun 2015-ci ildə İsveçin paytaxtı Stokholmdakı kral sarayında, XVIII əsrə aid Slottsçyurk kilsəsində ölkə kralı 16-cı Karlın oğlu, 36 yaşlı şahzadə Karl Filipp Edmund Bertil ilə toyu olmuşdur.[1] Beləliklə ölkədəki krallıq tarixində ilk dəfə Sofiya Hellkvistin timsalında sadə xalq nümayəndəsi krallıq ailəsinə qəbul edilmiş və şahzadə titulu almışdır.[4]