Sofiya tramvayı

Sofiya tramvayıSofiya şəhərində əsas nəqliyyat növlərindən biri. Bolqarıstan ərazisində mövcud olan yeganə tramvaydır.

Faktiki olaraq tramvay iki sistemdən ibarətdir. Onların biri 1009 mm digəri isə 1435 mm reyslərə malikdir.

Sofiyada ilk tramvay 1 yanvar 1901-ci [1] ildən fəaliyyət göstərir.

Sofiyanın tramvay nəqliyyatının tarixi 1 dekabr 1898-ci ildən başlayır. Belə ki, şəhər icra hakimiyyəti Fransa və Belçika şirkətləri ilə konsessiya birliyi əsasında tramvay xəttinin tikintisinə başlayırlar. Tramvay ilk dəfə 1 yanvar 1901 ildə hərəkətə gətirilir. Bu zaman tramvay sistemi altı xətdən ibarət olmuşdur. Tramvay xəttinin ümumi uzunluğu 23 kilometr idi. Xidmətə 25 motorlu və 10 qoşqu vaqonu verilmişdi. Reyslər arasında məsafə 1000 mm [1] olmuşdur.

1931-ci ilə qədər tramvaylar xariçi ölkələrfən idxal edilirdi. 1931 idən sonr isə Bolqarıstanın özündə mühəndis Teodosiya Kardaevin rəhbərliyi altında yerli tramvaylar istehsal edilir. 1936-cı ildən etibarən Bolqarıstan tramvayları DTO adı altında istehsal olunmağa başlanılır.

1934-cü ildə Krasno-Selo rayonu ərazisində yeni depo istifadəyə verilir. Artıq burada 1951-ci ildə tramvay fabriki fəaliyyət göstərirdi. İstehsalat yalnız 1991-ci ilə qədər aparılır. 1991-ci ildən etibarən isə bu fabrika yalnız təmir işlərini həyata keçirir.

İlk standart reyslər (1435 mm) 7 sentyabr 1987[2]-ci ildə istifadəyə verilmişdir.

Tramvay şəbəkəsinin ümumi uzunluğu 308 km [1], onun cəmi (1435 mm) 40 km standart reysləyə malikdir[1], digər hissəsi isə ensiz reylslərə (1009 mm) malikdir. Sofiyada ümumilikdə 18 nəqliyyat xətti vardır[3]

Ensiz reylslərə

[redaktə | mənbəni redaktə et]

Əvvəllər tramvaylar əsasən Sofiyada istehsal edilirdi. Əvvəllər tramvaylar əsasən iki vaqonlu olmuşdur. Sonradan artıq 1970-ci illərdə altı-səkkiz vaqonlu tramvaylar istismara buraxılır[2]. 1991—2000 illərdə ensiz reyslər üçün Çexiyadan 57 tramvay (Tatra T6A2[2]) alınmışdır. Bu ərəfələrdə Almaniyadan 20 işlənmiş Tatra T4 tarmvayları[2] gətirilir.

Standart reylslər

[redaktə | mənbəni redaktə et]

Standart reylslər üçün tramvaylar elə Sofiyada istehsal edilmişdir. Ancaq bu tramvaylarda müxtəlif problemlər ortsya çıxdığından 1989—1990 illərdə standart reylslər üçün Çexiyadan 37 Tatra T6B5 tramvayları[2] alınmışdır.

1995-ci ildə Bonndan Grossraum tramvayları gətirilmişdir[4]. 2010-ci illin aprelində Leyspikdən yeni partiya Tatra B4DM[4] tramvayları gətirilmişdir

  1. 1 2 3 4 Official site of Sofia Center for public mobility Arxivləşdirilib 2010-01-22 at the Wayback Machine — Tram transport, retrieved on 04.10.2009
  2. 1 2 3 4 5 Журнал Op de rails, Нидерланды, ISSN 0030-3321 номер за ноябрь 2009, статья Trams in Midden- en Oost-Europa, автор Marco Moerland, стр 562—571
  3. Official site of Sofia Center for public mobility Arxivləşdirilib 2009-01-17 at the Wayback Machine - Tram system network, retrieved on 04.10.2009
  4. 1 2 Артём Светлов, Александр Конов. "Список подвижного состава. София. Депо "Искър" (вагоны колеи 1435 мм)". Городской электротранспорт. transphoto.ru. 2002–2011. 2012-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]