Sofiya trolleybusu (bolq. Тролейбуси в София) — Bolqarıstanın Sofiya şəhərində mövcud olan nəqliyyat sistemi. Trolleybus xətti ilk dəfə 1941-ci ildə istifadəyə verilmişdir. 2015 ilə olan məlumata görə 9 trolleybus maşrutu mövcud olmuşdur. Sofiya trolleybusu iki depoya malikdir (Nadejda və İskr). Trolleybus xəttinin ümumi uzunluğu 193 kilometrdir. Sofiya trolleybus şirkətinin balansında 173 trolleybus vardır. 2015-ci il məlumatına görə gediş haqqı 1 Bolqarıstan levidir.
№ maşrutlar | Yolun istiqaməti | Xidmət etdiyi park |
---|---|---|
1 | Yaşayış kompleksi "Levski Q" — Sofiya Universiteti — Rus abidəsi — 5-nömrəli şəhər xəstəxanası | Nadejda |
2 | YK "Hacı Dimitr" — YK "Rkston" | İskr |
4 | YK "Hacı Dimitr" — YK "Drujba 2" | İskr |
5 | YK "Mladost 2" — Puteprovod Nadejda | İskr |
6 | YK "Lyolin 3" — Stoçna qara | Nadejda |
7 | YM "Lyolin 3" — Stoçna qara — YM "Qose Delçev" | Nadejda |
8 | Müqəddəs Anna xəstəxanası — YM "Qose Delçev" | İskr |
9 | YM "Borovo" — Stoçna qara | Nadejda |
11 | YM "Drujba 1" — Stoçna qara | İskr |
Sofiya trolleybus şirkətinin məlumatına görə 2015-ci ilə onların balansında 173 trolleybus vardır. Parkda olan trolleybus markaları:
1970-ci illərin sonlarında Sofiya[2][3] SSRİ məkanından kənarda yeganə yer idi ki[4][5] kiyevlilərin təcrübəsi əsasında trolleybus vaqonları[6] tətbiq edilirdi[7][8] Onlar Škoda 9Tr əsasında yığılırdı.