Sofu Əli Paşa

Sofu Əli Paşa və ya Xədim Əli Paşa (ö. sentyabr 1560) — Sultan Süleyman Qanuni səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.[1]

Sofu Əli Paşa
Əvvəlkiİskəndər Paşa
SonrakıQara Mustafa Şahin Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Misir əyaləti, Osmanlı imperiyası

Həyatı[redaktə | mənbəni redaktə et]

Sofu Əli Paşa məscidi, Sarayevo

Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Saray xədimlərindən olub, təlim-tərbiyəsi və xidmət müddətini tamamlamasının ardından Rumeli bəylərbəyinin kəndxudası olaraq saraydan ayrıldı. Ardından 1537-ci ildə Diyarbəkir bəylərbəyi oldu və 1540-cı ildə vəzifədən alındı. 1552-ci ildə Bosniya, 1559-cu ilin aprelində isə Misir bəylərbəyi təyin edildi. Ancaq çox keçmədən 1560-cı ilin sentyabrında burada vəfat etdi. Bosniyadakı vəzifə illərində Sarayevoda öz adına inşa etdirdiyi məscid hələ də qalmaqdadır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Sicill-i Osmani I, səh. 301

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Giancarlo Casale (26 January 2010). The Ottoman Age of Exploration Arxivləşdirilib 2022-06-06 at the Wayback Machine. Oxford University Press. p. 110