Qara Mustafa Şahin Paşa

Qara Mustafa Şahin Paşa (ö. 1565) — Sultan Süleyman Qanuni səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.[1][2]

Qara Mustafa Şahin Paşa
ƏvvəlkiSofu Əli Paşa
SonrakıBosniyalı Əli Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Uşaqları Rizvan Paşa
Bəhram Paşa

Həyatı[redaktə | mənbəni redaktə et]

Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Sultan Süleyman Qanuni dönəminin ilk illərində saraya alındığı məlumdur. Əndərunda təlim-tərbiyə aldıqdan sonra 1544-cü ildə Ərzurum, 1548-ci ildə Diyarbəkir bəylərbəyi oldu. Ardından Şahzadə Bəyazidin lələsi təyin edildi və onunla birlikdə təyin olunduğu Konya, KütahyaAmasya sancaqbəyliklərinə yollandı. Ancaq şahzadənin üsyan edərək Səfəvilərə sığınmasının ardından (1559) o da cəzalandırıldı və Qəzzə sancaqbəyliyi ilə mərkəzdən uzaqlaşdırıldı. Ancaq çox keçmədən günahsız olduğu aşkar oldu və 1560-cı ildə vəfat edən Sofu Əli Paşanın yerinə Misir bəylərbəyliyinə gətirildi. Ancaq 1563-cü ildə vəzifədən alındı və çox keçmədən 1565-ci ildə vəfat etdi.

Övladlarından Rizvan Paşa və Bəhram Paşa özü kimi müxtəlif əyalətlərdə fəaliyyət göstərmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Sicill-i Osmani IV, səh. 184

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Watenpaugh, 1999, p. 121.
  2. Ze'evi, 2012, p. 40