Tuzlov (Sol Tuzlov çayı; rus. Тузлов, (Левый Тузлов)) — Rusiyanın Rostov vilayəti ərazisindən axır. Aksay çayının qoludur. Çayın uzunluğu 182 kilometrdir, hövzəsinin sahəsi 4680 km²-dir. Mənsəbi Novoçerkassk şəhəri ərafında yerləşir.
Tuzlov çayı (Sol Tuzlov çayı) | |
---|---|
rus. Тузлов (Левый Тузлов) | |
Ölkə | Rusiya |
Mənsəbi | Aksay çayı |
Uzunluğu | 182 km |
Su sərfi | 2,1 m³/s |
Hövzəsinin sahəsi | 4680 km² |
DSR[ru] | 05010500912107000016048 |
Vikianbarda əlaqəli mediafayllar |
Çay Ukraynanın Dones vilayəti ərazisindən başlayır. Tuzlov çayı əsasən düzən ərazidən axır. Relyef suyun axınına və sürətinə təsir göstərir. Yatağı lillidir. Bu səbəbdən meandrlıdır.
Əsasən qar suları ilə qidalanır. Bundan əlavə yağış və yeraltı sular qidalanmında iştirak edir. Gursululuq mart-aprel aylarında müşahidə edilir. Yayda yuxarı axarları quruyur. Mənsəbdən 19 km yuxarıda su sərfiyyatı 2,1 m³/s, maksimsl 415 m³/s, minimal 0,19 m³/s.
Çay hövzəsinin bir hissəsi Ukraynada yerləşir.
2015-2016-ci illərdə çayda aparılan araşdırmalar onu göstərir ki, burada 38 növ zooplankton yaşayır[1]. Burada müxtəlif növ balıq yaşayır.
Çayın mənbəyindən mənsəbinə olan məsafədə yerləşən yaşayış mənyəqələri.