Solmaz Cəbrayıl qızı Qurbanova (13 noyabr 1939, Bakı – 4 iyun 2013, Bakı) — Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktrisası, Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1991).[1]
Solmaz Qurbanova | |
---|---|
Doğum tarixi | 13 noyabr 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 4 iyun 2013 (73 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1955-ci ildən |
Teatr | |
Mükafatları |
Solmaz Qurbanova 1939-cu ildə Bakıda anadan olub[2]. Sənətə 1955-ci ildən Azərbaycan Gənc Tamaşaçılar Teatrından fəaliyyətə başlayıb. Yeniyetmə oğlan rollarında çıxış etmiş S. Qurbanova teatrın səhnəsində əvəzolunmaz ifası ilə yaddaqalan obrazlar yaradıb.
Səhnə fəaliyyətinə Azərb. Gənc Tamaşaçılar Teatrında başlamış, yeniyetmə oğlan rollarında çıxış etmişdir: Onun Qavroş (V. Hüqonun "Səfillər" romanı əsasında), Antonio ("Puerto Sorido alovları", M. Minçkovski), Rəcəb ("Anacan", Y. Əzimzadə), Petya ("İnqilab naminə", M. Şatrov), Kamal ("Sehrli yaylıq", K. Həsənov), Cülyetta, Culiya ("Romeo və Cülyetta", "İki veronalı", U. Şekspir), kraliça ("İki ağanın bir nökəri", K. Qoldoni), Cemma ("Ovod", E. Voyniç), Flavio ("Sükut divarı", P. Missini), Yaqut ("Məlikməmməd", Ə. Abbasov), Paşa xala ("Unutmayın", Y. Əzimzadə), Dilarə ("Ötən ilin son gecəsi", Anar), Şəcərət ("Əlvida, Hindistan", Q. Rəsulov), Afərid ("Söhrab və Rüstəm", İ. Coşğun), Bibi ("Bala bəla sözündəndir" Əli Əmirli), Qəmər banu ("Mahmud və Məryəm", Elçin) və s. rolları bu gün yaddaşlardadır.
Solmaz Qurbanova 4 iyun 2013-cü ildə Bakıda dünyasını dəyişib.