Soltan Soltanlı

Soltan Soltanlı (tam adı: Soltan Qalib oğlu Soltanlı; d. 1976, Kalva, Ağsu rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanı rəngkarı, qrafiki, karikaturaçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (2006).

Soltan Soltanlı
Soltan Qalib oğlu Soltanlı
Doğum tarixi
Doğum yeri Kalva, Ağsu rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı  Azərbaycan
Fəaliyyəti rəssam, qrafik və karikaturaçı
Təhsili ADPU (1993-1997, bakalavr; 1997-2000, magistr)
soltan-soltanli.com

Həyatı[redaktə | mənbəni redaktə et]

Soltan Soltanlı 1976-cı ildə Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kəndində müəllim ailəsində doğulub. 1993-cü ildə o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunur və 1997-ci ildə oranı bitirir. 1997–2000-ci illərdə isə həmin universitetin dilçilik üzrə magistraturasında oxuyur. O, 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Soltan Soltanlı 1995-ci ildə keçmiş Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə öyrənmək məqsədilə dərslərə gedir və oradakı ənənəvi təhsilin xəyallarındakı yaradıcılıq üçün yetərsizliyini görür, onda qəti olaraq rəssamlıq təhsili almamaq düşüncəsi yaranır. O, özündən öyrənməyə üstünlük verir. Rəssamın yaradıcılığı üçün fəlsəfilik başlıca özəllikdir. Soltan rəngkar, qrafik və karikaturaçıdır. Beynəlxalq müsabiqələrin qalib və mükafatçısı, sərgi və festivalların iştirakçısı olan rəssamın əsərləri beynəlxalq kataloqlarda yer alıb. Onun əsərləri müxtəlif ölkələrdəki muzeylərdə və özəl kolleksiyalarda saxlanılır.[1][2]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Əsir qadın". Kətan, yağlı boya
  • "Qoyunotaranlar". Kətan, yağlı boya
  • "Gələcəyin şəhəri". Kətan, yağlı boya
  • "Əsarət və məhəbbət". Kətan, yağlı boya
  • "Bülbül ilə natürmort". Kətan, yağlı boya
  • "Ağ buludun kölgəsində" karton, yağlı boya

Kataloqlar[redaktə | mənbəni redaktə et]

  • 1999. "Soltan gülür"
  • 2000. "Soltanın cizgiləri"
  • 2002. "Karikaturalar"
  • 2018. "İrrealizm"

Fərdi sərgiləri[redaktə | mənbəni redaktə et]

  • 2000. Azərbaycan Rəssamlar İttifaqı, V. Səmədova adına sərgi salonu;
  • 2001. M. F. Axundov adına Milli Kitabxana;
  • 2003. Azərbaycan Rəssamlar İttifaqı V. Səmədova adına sərgi salonu;
  • 2004. İçərişəhər, Muğam Teatrı;
  • 2004. İranın Təbriz və Ərdəbil şəhərlərində fərdi sərgilər;
  • 2017. Avropa Tələbə Psixoloqlar Assosasiyaları Federasiyasının 31-ci Ümumavropa Konqresi çərçivəsində fərdi sərgi. Qax şəhərində fərdi sərgi.
  • 2018. İrrealizm. Yunus Emre İnstitutu
  • 2019. "Yüksək ideyalar yolunda" "İrşad" oteli. 14–17 fevral.
  • 2019. "Gizli qalmış gözəllik". YAY qalereyası. 15.02.-01.04.2019.
  • 2019. "İrreal dünya". 27qm — Tarana's Small Gallery and Cafe

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2018. Türkiyə. 9-cu Beynəlxalq Turizm Karikaturaları Yarışması.(III yer)
  • 2018. Cairo. 5 th International Cartoon Gathering (Certificate of participation)
  • 2018. Macedonia. The 4th International Competition for Caricature "Bride's veneration" (Certificates for successful work)
  • 2017. Korea. The 6th Sejong International Cartoon Contest (Honourable mention)
  • 2017. Koreya. 6-cı Sejonq Beynəlxalq Karikatura Müsabiqəsi (Fəxri fərman)
  • 2017. İndoneziya. Jitet və Dostları Sərgisi (İştirakçı şəhadətnaməsi)
  • 2017. İspaniya. 6-cı Qrafik Yumor Müsabiqəsi (II yer)
  • 2017. Türkiyə. 9-cu Beynəlxalq Eskişehir Karikatura Festivalı (İştirakçı şəhadətnaməsi)
  • 2016. Türkiyə. Beynəlxalq Universal Karikatura Ustaları (Fəxri fərman)
  • 2016. İndoneziya. 2-ci Secac Beynəlxalq Karikatura Sərgisi (İştirakçı şəhadətnaməsi)
  • 2015. Koreya. 4-cü Sejong Beynəlxalq Karikatura Müsabiqəsi (Fəxri fərman)
  • 2005. Çin. 3-cü Leng Mu Beynəlxalq Karikatura Müsabiqəsi (Xüsusi mükafat)
  • 2004. Çin. 2-ci Leng Mu Beynəlxalq Karikatura Müsabiqəsi (Fərqlənmə mükafatı)
  • 2003. Koreya. 12-ci Daejon Beynəlxalq Karikatura Müsabiqəsi (Xüsusi mükafat)
  • 2002. Çin. 1-ci Leng Mu Beynəlxalq Karikatura Müsabiqəsi (Xüsusi mükafat)
  • 2001. Misir. EFPAC 1-ci Beynəlxalq Karikatura Müsabiqəsi (III yer)
  • 2001. Türkiyə. 1-ci Beynəlxalq Ədalətli Oyunlar Karikatura Müsabiqəsi (I yer)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bakıda rəssam Soltan Soltanlının "İrrealizm" adlı rəsm sərgisi açılıb". 2019-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
  2. Tanınmış rəssam Soltan Soltanlının rəsim sərgisi açıldı

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]