Uşaq ilə Madonna (Soltinq Madonna) üslubu əsasında[1] erkən İtaliyanın Rönesans ustası Antonello da Messinaya aid edilən[2] rəsm əsəridir. Əsərdə gəlinciyə bənzər Uşağı əlində tutan və dəbdəbəli qızıl tacı mələklər tərəfindən başının üzərində saxlanılan Madonna təsvir olunmuşdur. Tabloya London milli qalereyası ev sahibliyi edir. Soltinq adı, hansı ki həm də Robert Campinin müəllifi olduğu Madonna rəsminə verilmişdir, onu 1910-cu ildə qalereyaya bağışlayan kollektor Corc Soltinqi bildirir.
Soltinq Madonna | ||
---|---|---|
| ||
Rəssam | Antonello da Messina | |
Tarixi | 1460 | |
Üslubu | dini incəsənət[d] | |
Texnikası | Taxta üzərində müxtəlif texnikalar | |
Ölçüləri | 43,2 sm × 34.3 sm (13.5 in) | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | London milli qalereyası | |
Saytı | nationalgallery.org.uk/p… | |
İnventar nömrəsi | NG2618 |
Soltinq Madonna bir neçə müxtəlif mədəniyyətlərin izlərini özündə barındırır və bu da keçmişdə alimlərin onu Flaman, İspan və hətta Rus əsəri hesab etmələrinə səbəb olmuşdur. Bu, çox guman ki, 1460-lara — hələ rəssamın Siciliyada olduğu dövrə aid olan ilk əsərlərindən biridir. Bu əsər tac, Venesiya tərzi libas və şəffaf örtük kimi ustaca işlənmiş və çəkilmiş detallar ilə bəzədilmiş Madonnanı əks etdirir. Madonna İsanın anası Məryəmin xüsusiyyətlərinə malikdir. İki mələyi olan tacı onu həm də Cənnətin Kraliçəsi kimi təmsil edir. Uşaq əlində bir dənə nar saxlayır hansı ki İsanın ehtirasını rəmzləşdirir.[3]
Madonnanın üzünün mücərrəd gözəlliyi müasir Provençal rəssamlarının, xüsusilə Enguerrand Kvartonun üslubundan irəli gəlir .