Son Masayoşi (yaponca 孫 正義, 11 avqust 1957[1], Tosu[d], Saqa prefekturası) — Yapon sahibkar.[2] Softbank şirkətinin baş direktoru, Sprint telekommunikasiya şirkətinin direktorlar şurasının sədri, milyarder. Forbes jurnalının reytinqinə görə 2017-ci ildə Yapon milyarderləri arasında 1-ci yeri tutub. Var dövləti 20.4 milyard dollar təşkil edir.
Masayoşi Son | |
---|---|
yap. 孫 正義 kor. 손 정의 | |
Doğum tarixi | 11 avqust 1957[1] (66 yaş) |
Doğum yeri |
|
Təhsili | |
Fəaliyyəti | sahibkar, mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
O, 1957-ci ildə Saqa prefekturasında Koreya köçmənlərinin ailəsində anadan olub. Gənc yaşlarında yaponlar tərəfindən ayrı-seçkiliyə məruz qalan Son öz arzularına tutunur. O zamanlar “McDonalds”ın Yaponiyadakı rəhbəri Den Fuci (Den Fuji) ilə 60 uğursuz görüş istəyindən sonra nəhayət ki, onunla görüşə bilir. Aldığı məsləhətlə ingilis dili və kompüter sahəsini öyrənməyə başlayır. 16 yaşında olarkən ingilis dilini öyrənmək üçün ABŞ – a köçdü. Orada iki il məktəbdə oxuduqdan sonra Berkli Kaliforniya Universitetinin iqtisadiyyat fakültəsinə daxil oldu. Amerikanın “Holy Names” və Kaliforniya universitetlərində kompüter üzrə təhsil alır.
Masayoşi Son mühəndislik və texnologiya sahələrində təhsil almasa da, bu sahələr üzrə satış həyata keçirməyi çox yaxşı bilən bir sərmayəçidir. Universitet illərində fizika professoru Forrest Mozer ilə tanış oldu. Mozer isə nitq sintezi edən kompüter proqramını icad etmiş elm adamı idi. Masayoşi Son bu texnologiyadan tərcümə edilən sözün necə tələffüz ediləcəyini göstərən bir cihaz olaraq istifadə etməyi və bu xidməti hava limanlarında satmağı təklif etdi. Mozer cihazın patent hüququna sahib olduğu üçün onlar bu işdə ortaq oldular və bu cihazı “Sharp”markasına hazırkı dəyəri ilə desək 1 milyon dollara satdılar. Mozer Son haqqında deyir: “Elektronika ilə bağlı heç bir məlumatı yox idi, lakin onu tanıdığım ilk andan içindəki sərmayəçi ruhunu gördüm.”
1981-ci ildə Yaponiyaya qayıtdı. Iki yarım-ştat işləyən və kiçik bir ofislə “Softbank” ı təsis etdi. “Softbank” o vaxtlar proqram distribyutoru idi və Yapon şirkətlərə proqram paketi satırdı. 1982-ci ildə “Softbank” nəşriyyat sektoruna da daxil oldu, kompüter və proqramlar haqqında bir jurnal nəşr etdirməyə çalışdı. 80-ci illərin sonunda telekommunikasiya sektoruna daxil olan “Softbank” insanların ölkə daxili və xarici ölkələrə olan zəngləri üçün olduqca uyğun qiymət təklifləri təqdim edərək Yaponiyada inanılmaz dərəcədə populyar bir firmaya çevrildi. 1996-cı ildə nəşriyyat işini böyüdərək “Ziff Davis” adlı ABŞ mərkəzli texnologiya jurnalını satın aldı.[3]
1995-ci ildə “Yahoo” ən böyük hissədarı idi və “Yahoo Yaponiya” nı təsis etdi. 1995-98-ci illər ərzində “Yahoo”- ya cəmi 374 milyon dollar sərmayə qoyuldu. Bu sərmayə qoyuluşunda 50%-lik gəlir əldə edildi. 90-cı illərin sonunda isə Kozmo.com, More.com, SportsBrain ve Webvan kimi çeşidli texnologiya şirkətlərinə də külli miqdarda sərmayə qoyuldu.
1999-cu ildə “Alibaba” və digər şirkətlərə etdiyi investisiyalar onu 2000-ci illərin əvvəllərində hətta 3 gün müddətində belə Bil Geytsdən varlı edir. “Alibaba” – ya sərmayə qoyuluşu 2240 qat qazanc gətirdi.
2000-ci ilin sonu onun şirkətlərinin səhmləri 99 % öz dəyərini itirsə də o, ayağa qalxmağı bacarır. İndi o, 24 mlrd dollarla Tadaşi Yanaidən sonra Yaponiyanın ikinci ən varlı adamıdır. Ərəb şahzadəsinin də yatırımı ilə qurduğu “Vision fund” 95 mlrd dollar büdcə ilə, sonrakı 300 ili nəzərə alaraqdan bir çox yeni şirkətə yatırım edir.[4]