Sona Əhmədova-Şirinova

Əhmədova-Şirinova Sona Həsən qızı (d. 6 avqust 1932, Bakı) — Azərbaycan xalça ustası, SSRİ Dövlət mükafatı laureatı (1950).

Sona Əhmədova-Şirinova
Əhmədova-Şirinova Sona Həsən qızı
Doğum tarixi (92 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Fəaliyyəti xalçaçı, carpet weaver[d]
Mükafatları SSRİ Dövlət mükafatı laureatı (1950)

Moskva Bədii-Sənaye Məktəbini bitirmişdir (1954). "Azərxalça" birliyinin Bakı xalça artelində işləmişdir. Bilavasitə onun iştirakı ilə toxunmuş "İ.V. Stalin" (1949, ölçüsü 70 m²; Azərb. İncəsənət Muzeyi, Bakı) və "V.İ.Lenin" (1957, ölçüsü 75 m²; Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Bakı) xalçaları yüksək bədii keyfiyyətə malikdir[1].

  1. "Əhmədova-Şirinova Sona Həsən qızı". 2020-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-01.