Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sona Piri qızı Nuriyeva (15 dekabr 1915, Əmircan, Bakı qəzası – 1986, Bakı) — ilk azərbaycanlı təyyarəçi qadınlarından biri.
Sona Nuriyeva | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | pilot, siyasətçi |
Partiyası | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
15 dekabr 1915-ci ildə Bakı şəhərində, Əmircan kəndində anadan olub.
İlk azərbaycanlı təyyarəçi qadınlarından biridir. Sona Nuriyeva həmçinin Azərbaycanın ilk qadın deputatlarından biridir.
1945-ci ildən Sov.İKP-nin üzvü, Bakı təyyarəçilər klubunda yetişmiş, 1936-cı ildə Bataysk təyyarəçilik məktəbini bitirmişdir.
Azərbaycanda mülki aviasiya idarəsində təyyarəçi işləmişdir. Böyük Vətən müharibəsində xüsusi tapşırıqla Tehrana uçmuşdur.
1945-ci ildən Beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq etmişdir.
1949 - 1968-ci illərdə Zabrat aeroportunda işləmişdir. 1978-ci ildən ittifaq (1968 ildən resp.) əhəmiyyətli pensiyaçı olmuşdur.
SSRİ Ali Sovetinin (1-ci və 2-ci çağırış) deputatı olmuşdur.
"Lenin ordeni", "Şərəf nişanı" və medallarla təltif edilmişdir.
Sona Nuriyevaya çoxlu oçerk, şer və s. həsr olunmuşdur.