Sondan Durukanoğlu Feyiz

Məryəm Sondan Durukanoğlu Feyiz (türk. Meryem Sondan Durukanoğlu Feyiz; 12 avqust, 1963, Of, Trabzon) — Türkiyəli alim, Kadir Has Universitetinin rektoru (2018-hazırda) və Qəyyumlar Şurasının üzvü, Sabancı Universitetində təhsil, beynəlxalq əlaqələr, fərdi və akademik dəstək və yay məktəblərindən məsul keçmiş prorektor,[1] fizika professoru.

Sondan Durukanoğlu Feyiz
türk. Meryem Sondan Durukanoğlu Feyiz
Doğum tarixi (61 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Milliyyəti türk
Elm sahəsi fizika
Elmi dərəcəsi PhD
Elmi adı professor
İş yeri Kadir Has Universiteti
Alma-mater

İstanbul Universiteti (1999)
• Viskonsin-Madison Universiteti (1992)
• Kanzas Universiteti

(doktorantura, 1999)
sondan.khas.edu.tr

Sondan Durukanoğlu 1963-cü il avqustun 12-də Trabzon ilinin Of ilçəsində anadan olub. 1989-cu ildə İstanbul Universitetinin Fizika fakültəsində bakalavr təhsilini tamamlayıb.[1] Bundan sonra Milli Təhsil Nazirliyinin başlatdığı təqaüdlə ABŞ-a gedib və akademik fəaliyyətə başlayıb.[2] Qeyd edək ki, Durukanoğlu Milli Təhsil Nazirliyinin təqaüdü ilə fizika sahəsində xaricdə təhsil alan yeganə qadın alimdir (1991-1995).[3] 1992-ci ildə Viskonsin Universiteti Fizika Bölümündə magistr təhsilini tamamlayan Durukanoğlu Feyiz, Sondan Durukanoğlu 1999-cu ildə Kanzas Dövlət Universitetində fizika üzrə doktorluq dərəcəsinə yiyələnib.

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Durukanoğlu 2000-ci ildə Türkiyəyə qayıtmış və akademik karyerasını İstanbul Texniki Universitetində dosent, 2006-cı ildə isə İstanbul Texniki Universitetində professor kimi davam etdirib.[1] Sondan Durukanoğlu İstanbul Texniki Universitetində işləyərkən, 2002-2006-cı illərdə Senatın Akkreditasiya Komitəsinin üzvü vəzifəsində çalışıb. 2002-ci ildə Durukanoğlu Kanzas Dövlət Universitetində "qonaq alim" kimi də çalışıb. 2002-2007-ci illərdə İstanbul Texniki Universitetinin xəbər bülletenində “Baş redaktor müavini” vəzifəsində çalışarkən, Sondan Durukanoğlu Feyiz 2002-2007-ci illərdə Massaçusets Texnologiya İnstitutunda (qısaldılmış MTİ) Fizika kafedrasında qonaq dosent vəzifəsində işləyib.

Həmin illərdə o, həm də Feza Gürsey İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb. Sondan Durukanoğlu 2011-ci ildə Sabancı Universitetində prorektor kimi fəaliyyətə başlayıb. O, burda təhsil, beynəlxalq əlaqələr, fərdi və akademik dəstək və yay məktəblərindən məsul prorektor olub. Sondan Durukanoğlu Sabancı Universitetində vəzifəsini davam etdirərək, 2014-2016-cı illərdə Nanotexnologiyaların Tətbiqi və Araşdırma Mərkəzinin İdarə Heyətinin üzvü olub. Sondan 2015-2018-ci illər arasında Keyfiyyətin Təminatı və Strategiya Şurasının sədri vəzifəsində çalışıb.[1]

Sondan Durukanoğlu Feyiz fizika üzrə PhD doktoru və professordur. Sondan Durukanoğlu 2018-ci ildən Kadir Has Universitetinin rektoru vəzifəsini icra edir.[4]

Durukanoğlu Feyiz eyni zamanda TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası) Elmi Mükafatına layiq görülüb. O, həmçinin Dəstək Proqramı Təqaüdü (BİDEP) və TÜBA (Türkiyə) Elmlər Akademiyasının Dərslik Tərcümə Mükafatını (2010) da alıb.[3]

  1. 1 2 3 4 "Prof. Dr. Sondan DURUKANOĞLU FEYİZ" (türk). 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-23.
  2. "İşimiz Eğitim: *Mütevazı Bir Başarının Öyküsü: "Sondan DURUKANOĞLU FEYİZ"". 2023-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-23.
  3. 1 2 "Sondan Durukanoğlu Feyiz, biyografi". 2024-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-23.
  4. "Sondan Durukanoğlu Feyiz, Has Gadir Universiteti rektoru". 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]