Sonic the Hedgehog CD (ソニック・ザ・ヘッジホッグCD, Sonikku za Hejjihoggu Shī Dī?) və ya Sonic CD (ソニックCD, Sonikku Shī Dī?) — Sega oyun şirkəti tərəfindən 23 sentyabr 1993-cü ildə yaradılan macəra oyunudur. Avropa və ABŞ-də daha çox "Sonic CD" adı ilə tanınır. Bu seriya "Sega Mega Drive" platformasının "Sega Mega-CD" əlavəsi üçün istehsal edilmiş ilk və yeganə seriyasıdır.
Sonic the Hedgehog CD | |
---|---|
Hazırlayan | Sonic Team |
Yayımlayan | Sega |
Anons tarixi | Sonic Team 1993 |
Buraxılış tarixi | 23 sentyabr 1993 |
Janrlar | Macəra |
Rejissor | |
Texniki məlumat | |
Platformalar |
Sega Mega CD PlayStation 2 Arcade Nintendo GameCube Nintendo DS Xbox 360 Windows Phone Mac OS X Microsoft Windows Virtual Console Android[1] PlayStation Network iOS PlayStation 3 |
Oyun rejimi | birnəfərli oyun[2] |
İnterfeysin dili | ingilis dili |
Daşıyıcı | CD-ROM, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | oyun pultu[d], sensor ekran |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Əfsanəvi akustik "Möcüzə planeti" kimi tanınan "Kiçik Planet" hər ilin sonuncu ayında "Never" gölündə meydana çıxır. Akustik zəncir ilə dağa bağlanan bu planeti tapmaq üçün Kirpi Sonik bura gəlmişdir. Kirpi Sonik başa düşür ki, bütün bunları Həkim Robotçu hazırlamışdır. Həkim Robotçu Sonikin adaya gəldiyinindən xəbər tutunca, Metal Soniki onun qız dostu olan Emi Rouz oğurlamağa göndərir və məqsədinə nail olur. Bu səbəbdən Sonik keçəcəyi yerlər boyu "Time Stones" yığmalıdır ki, 7 qiymətli əşya sayəsində zamanı dəyişə bilsin. Sonik zamanı dəyişdirməyi bacarır və Metal Soniki məğlub edir. Sonda Sonik Həkim Robotçu ilə mübarizə aparır və ona qalib gəlir. Ardınca Kirpi Sonik və Emi Rouz adanı tərk edir və bu müddətdə "Kiçik Planet" əvvəlki vəziyyətinə qayıdaraq "Never" gölünü tərk edir.