Soqen-ci (Tokio)

Soqen məbədi (曹源寺, Soqen-ci?) və ya Kappa məbədi (かっぱ寺, Kappa-dera?)Yaponiyanın Tokio şəhərinin Kappabaşi bölgəsində yerləşən buddist məbədi. Məbəd kappalarla olan əlaqəsinə görə tanınır.

Buddizm
Soqen məbədi
35°42′54″ şm. e. 139°47′11″ ş. u.
Yerləşməsi
Ölkə Yaponiya Yaponiya
Şəhər  Tokio
Rayon Tayto
Yeri Kappabaşi
Memarlıq
İnşa tarixi XVII əsr
sogenji.jp
Soqen məbədi xəritədə
Soqen məbədi
Soqen məbədi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Soqen məbədi XVII əsrdə qurulmuşdur.[1] Məbəd və məbədin yerləşdiyi bölgənin adı Kappa Kavataro[a] adlı yerli plaş tacirinin adından gəlir.[1] O, daşqınların qarşısını almaq üçün kanal tikintisinə pul ayırmışdır.[1]

Əfsanəyə görə kanalın tikintisi zamanı yüzlərlə kappa Sumida çayından gələrək Kavataroya kömək etmişdir.[1] Kavataro 1814-cü ildə öləndə Soqen məbədində dəfn olunmuş və məbəd bundan sonra Kappa məbədi kimi tanınmağa başlamışdır.[1]

Xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Soqen məbədi Tokionun Tayto xüsusi rayonunun Asakusa rayonunun qərbində, Kappabaşi bölgəsində yerləşir.[1] Məbəddə bir çox kappa heykəlciyinə rast gəlmək mümkündür. Kappaların sevimli yeməyi xiyar hesab olunduğu üçün məbədin səcdəgahına tez-tez xiyarlar qoyurlar.[1] Xəzinə otağında kappalara aid qədim əlyazmalar və mumyalanmış kappa əli saxlanılır.[1]

Qalereya[redaktə | mənbəni redaktə et]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Yapon dilində "kappa" (合羽?) sözü həm də "plaş" deməkdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 "Sōgenji Temple (Kappa-Dera)". Atlas Obscura (ingiliscə). 2 iyun 2013. 10 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]