Sorbe və ya şərbət (fr. sorbet) – dondurulmuş desert. Şəkərli sirop və ya meyvə şirəsindən, püredən hazırlanır. Həmçinin şampan, şərab, konyak əlavə edərək də istifadə edilə bilər.
Bəzən sorbe soyuq halda tam dondurulmadan istifadə edilir. Onu çox vaxt yemək çeşidləri arasında verirlər. Çünki o həzmə yaxşı təsir edir. Tamamiylə sorbe dondurulmuş olduğu üçün dondurma kimi desertdir.
Ərəb sözü olan şərbət, soyuq alkoqolsuz içkidir. Avropaya ilk dəfə XVI əsrdə Turkiyədən dəyişilmiş şəkildə gəlib çıxmışdır. İtaliyancadan içkiyə sorbetto (от it. sorbire), fransızcada isə sorbet kimi səslənir. Fransaya içki İtaliyadan II Henrinin zamanında gəlmişdir. Belə ki, onun xanımı İtaliyan idi. Sorbeni Avropada ancaq bayramlarda içirdilərsə, Türkiyə və Misirdə sərinləşdirici meyvəli içki kimi tez-tez içilirdi. XVII əsrdə Fransız sorbesi su, şəkər və limondan ibarət içki kimi başa düşülürdü. XIX əsrdə artıq onu yarımdondurulmuş desert kimi təqdim etməyə başladılar. Bəzən ona alkoqol da qatırdılar ki, onu asta-asta qaşıqla içirdilər.
Sorbeyə şəkərli sirop və püre halında meyvələr qatırdılar. Meyvəli püre və ya alkoqol soyumuş siropla qarışdırılıb dondurucuya qoyulurdu. Dondurulma zamanı o bir neçə dəfə çıxarılıb qarışdırılırdı, çünki iri kristallik donmalara rast gəlinməsin. Bəzi hallarda sorbeyə qaymaq, süd və yumurta da əlavə edirdilər.