Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sorbsiya prosesləri
Təbii və nəzəri tədqiqatlar əsasında müəyyənləşdirilmişdir ki,təbii alümosilikatlar əsasinda effektiv sorbentlər hazırlamaq mümkündür və onlar cox baha olan aktiv kömür əvəzinə tullantı sularının üzvi və qeyri-üzvi maddələrdən tənzimlənməsində istifadə oluna bilər. Dispers sistemlər sahəsində effektiv sorbentlərdən istifadə etməklə onların ağır metal ionlarından və zərərli üzvi maddələrdən təmizlənməsinə nail olunmuşdur.Müəyyən edilmişdir ki, monokation formalı sorbentlərdə sorbsiya prosesi daha intensiv gedir və mübadilə kationları sorbentin adsorbsiya aktivliyinə əsaslı təsir göstərir. Neft və qaz quyularının qazılması prosesində işlədilən gil məhlullarının stabilliyi, axıcılıq və tiskotropluğunun quyu divarlarına su vermə qabilliyyətinə, quyu daxili təzyiqin tənzimlənməsini və s. xüsusiyyətlərini təmin edən bir sıra yeni effektiv kimyəvi reagentlər hazırlanmış və sənaye miqyasında sınaqdan keçirilmişdir. Dərin neft quyularının qazılması zamanı quyu dibi temperaturun tədricən artırılmasını nəzərə alaraq 0-200 C0 temperatur intervalında bentonit,kaolinit və seolit əsaslı suspenziyaların stabilləşməsi,onların kolloid kimyəvi və struktur-mexaniki xassələrinin mövcud olan və laboratoriya tərəfindən təklif edilən yeni reagentlər vasitəsilə tənzimlənməsi prosesi tədqiq edilərək kaolinit və seolit əsaslı dispers sistemlərin daha yüksək termostabilliyə malik olması aşkar edilmişdir. Tullantı sularının üzvi və qeyri-üzvi maddələrdən təmizlənməsinin optimal şəraiti işlənib hazırlanmışdır. Beləliklə prosesin gedişində kinetik və hidrodinamik amillərin rolu analiz olunmuş və sorbsiya prosesinin dinamik şəraitdə aparılması qanunauyğunluqları işlənib hazırlanmışdır.Onu da qeyd etmək lazımdır ki, ilk dəfə olaraq tullantı sularınin neft məhsulları və kationaktiv boyalardan təmizlənməsinin sorbsiya-koaqulyasiya üsulu işlənib hazirlanmışdır. Müəyyən olunmuşdur ki, tullantı sularının neft məhsulları və kationaktiv boyalardan sorbsiya-koaqulyasiya üsulu ilə təmizlənməsinin effektivliyi onlarin formalaşması şəraitindən və təbiətindən asılıdır. Bu prosesdə istifadə olunan ”Gəncə” flikoaqulyantı asılqan hissəciklərin flokulyasiya və koaqulyasiyasına səbəb olur və onların çökməsini sürətləndirir. Model tullantı sularının neft məhsullarından və kationaktiv boyalardan təmizlənməsinin təcrübi nəticələrinin analiz nəticəsində bir sıra parametrlərin optimal qiymətləri təyin olunmuş və təmizlənmə prosesinin prinsipial sxemi verilmişdir. Son dövrlərdə ionogen və qeyri-ionogen üzvi boyaların hidrofoblanmış gil minerallarında sorbsiyasına dair işlər aparılır. Gil mineralının kationaktiv üzvi maddələrlə qarşılıqlı təsiri zamanı onun səth xassəsi nəzərə çarpaçaq dərəcədə dəyişir. Belə ki, üzvi radikal gil mineralının paketlər arası boşluğunu genişləndirir və onun hidrofoblaşmasına səbəb olur. Nəticədə su mühitində üzvi çirkləndiricinin çıxarılmasına baş verir. Bentonitin həm yayılma yataqları, həm də tətbiq sahəsi çox böyükdür. Belə ki, ondan kənd təsərrüfatında, neft toxuculuq sənayesində, qazma işlərində, keramik və saxsı qabların alınmasında geniş istifadə olunur. Bu baxımdan bentonitin tərkibində olan radioaktiv elementlərin yataqlarda və yerin müxtəlif qatlarında müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bentonitin xarakteristik xüsusiyyətləri, həmçinin onun tərkibindəki radioaktiv elementlərin miqdarı müəyyənləşdirilmişdir. Bununla əlaqədar olaraq aparılan tətqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, neft-lay sularında və Xəzər dənizi akvatoriyasında nadir və radioaktiv elementlərin (235U,238U,234Th,222Ra və s.) mikroqatılıqda olması həmin komponentlərin belə sulardan sənaye miqyasında sorbsiya üsulu ilə çıxarılmasına imkan yaradır.