Buş quşarmudu (lat. Sorbus buschiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Buş quşarmudu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Buş quşarmudu |
||||
Beynəlxalq elmi adı | ||||
|
Rusiyada və Qafqazda təbii halda yayılmışdır.
Hündürlüyü 4-6 m-ə çatan alçaqboylu ağac və ya koldur. 10-11 sm uzunluqda olan yarpaqları ikili olub, bar verən zoğlarda enli və ya yumurtavarı- ellipsvarı, meyvəsiz zoğlarda isə neştərvaridir. Yan damarlarının sayı 10-11 cütdür, kənarları ikiqat itidişlidir. Alt səthi boz yaşılımtıl keçəvari tükcüklüdür. Qaidədən pazvarıdır.
Orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyəsindən 1800-2200 m hündürlüklərdə, daşlı qayalı yamaclarda, arid seyrək meşəliklərdə və kolluqlar arasında yayılmışdır.
Naxçıvan MR florasına ilk dəfə tərəfimizdən daxil edilmişdir. Naxçıvan MR-da Ordubad rayonunun Nürgüt kəndi ətrafındakı seyrək meşəlikdə palıd, yemişan, armud növləri ilə birlikdə və ya tək-tək, Şahbuz rayonunun Biçənək kəndi ərazisində palıd meşəliyində təbii halda yayılmışdır.
Efir yağlı bitkidir. Meyvəsindən qida sənayesində istifadə edilir. Yaşıllaşdırmada rast gəlinmir.