Qafqaz quşarmudu (lat. Sorbus caucasica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Qafqaz quşarmudu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Qafqaz quşarmudu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Quşarmudu Cənubi Qafqazda, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Quşarmudunu eyni zamanda bağlarda və parklarda da becərirlər. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Bunu meyvələri şaxta düşəndən sonra toplanır. Tibbdə həm mədəni becərilən, həm də yabanı halda yayılan quşarmudu bitkisinin meyvələrindən çox vaxt təzə dərilən kimi, yaxud qurudandan sonra istifadə olunur.
Qurudulmuş meyvələri "vitamin yığıntısı"nın tərkibində, yaxud ayrıca çay kimi dəmləyərək avitaminoz zamanı və qaraciyər xəstəliklərində istifadə edilir. Bundan başqa təzə dərilmiş meyvələrindən şərbət, mürəbbə hazırlayıb, qanazlığında və qaraciyər xəstəlikləri zamanı, eləcə də qənnadı sənayesində işlədirlər.
Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir.
Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur. Meyvələrində çoxlu miqdarda şəkər, üzvi turşular (alma, limon, salisil turşuları) və qatranlı maddələr vardır. Bundan başqa meyvələrinin tərkibində karotin, C, B1, B2, və s. vitaminləri vardır. Ona görə də meyvələrindən vitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. Belə ki, qurudulmuş meyvələrindən çay hazırlayıb, avitaminozlarda daha çox işlədirlər.
Rusiya (Dağıstan — Beştau dağı), Azərbaycan, Gürcüstan, Ermənistan, Balkan ölkələri, Livan, İran və Türkiyədə təbii arealları vardır.
Adi quşarmudu Cənubi Qafqazda, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Azərbaycanda Quba və Lənkəran rayonlarının yuxarı dağ qurşağında təsadüf edilir. Quşarmudunu eyni zamanda bağlarda və parklarda da becərirlər.
Adi quşarmudu Qafqaz coğrafi tipinin qafqaz sinfinin qafqaz qrupuna aiddir. Qafqazda yayılmışdır. Azərbaycanda Böyük Qafqazda və Kiçik Qafqazın şimal rayonlarında yuxarı meşə zolağından yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 2300 m qədər) bitir. Böyük Qafqazın qərbi və Quba sahəsi, Kiçik Qafqazın şimal hissəsidir.
Azərbaycanın nadir bitki növlərindən biridir. NT.
Meşələrin kənarındakı açıqlıqlarda, kolluqlarda qayalıdaşlı yamaclarda rast gəlinir.
Azərbaycanda arealı geniş deyildir.
Hündürlüyü 6–8 (bəzən 15) m, gövdəsinin diametri 40 sm çatan ağac və ya hündür koldur. Gövdəsinin qabığı boz, hamar, qoca ağaclarda çatlıtəhərdir. Tumurcuqları konus formalı, tünd rəngli, ağımtıl tüklüdür. Yarpaqları təklələkli, qısa ucu biz olan 11–19 yarpaqcıqdan ibarətdir. Orta yarpaqcıqların uzunluğu 4–8 sm, eni 0.8–3 sm qeyri-simmetrik yumurtavari-lansetvari, qıraqları yuxarı hissədə iti mişarvaridir. Üstdən yaşıl, altdan bozumtul-mavitəhər rənglidir. Çiçəkqrupu çoxçiçəkli, qalxanvaridir, tüklənmiş, sonradan çılpaqlaşan budaqcıqların ucunda yerləşir. Çiçəkləri 10–15 mm, ağ, özünəməxsus kəskin iyə malikdir. Narıncı və sarımtıl rəngli yetişmiş meyvələri 7–11 mm, kürəvari, yumurtavari və ya uzunsov yumurtavaridir, 2–4 (bəzən 8) ədəd uzunsov, ucu biz toxumu vardır. May-iyunda çiçəkləyir, avqustsentyabrda meyvə verir.
Adi quşarmudu flavonoid, steroid, C, P, B2, E vitaminləri, piyli yağlar, aromatik və sianogen birləşmələr, aşı maddələri, fenolkarbon və üzvü turşular, karotinoidlər və antosianlarla zəngindir.
Təbiətdə generativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Mədəni halda Nəbatat bağlarında becərilir.
Qəbul edilmiş qorunma tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi tövsiyə olunur.
Dərman məqsədilə meyvələrindən istifadə olunur. Bunu meyvələri şaxta düşəndən sonra toplanır. Tibbdə həm mədəni becərilən, həm də yabanı halda yayılan quşarmudu bitkisinin meyvələrindən çox vaxt təzə dərilən kimi, yaxud qurudandan sonra istifadə olunur.
Müalicə məqsədilə bitkinin tumurcuqları, çiçəkləri, meyvələri, yarpaqları və qabığı istifadə edilir.
Elmi, eksperimental və xalq təbabətində, eləcə də baytarlıqda geniş tətbiq edilir. Hind və Azərbaycanın orta əsrlər təbabətində istifadə olunmuşdur. Əsasən mədə-bağırsaq, dizenteriya, qaraciyər, böyrək, böyrək daşı, sinqa, angina, revmatizm xəstəliklərinə qarşı, habelə avitaminoz, ishal və maddələr mübadiləsinin pozulması zamanı istifadə olunur. Antifunqal, antibakterial, protistosid, kontraseptiv, yarasağaldıcı, diuretik, işlədici, büzüşdürücü, hemostatik, iltihab proseslərinə qarşı və insektisid təsirə malikdir.
Dəridə baş verən qızılyel xəstəliyində. Qan-qırmızı rəngli yemişan, Mancuriya araliyası kolunu, qəhvəyi rəngli itburnu meyvəsini, quşarmudu meyvəsini, bağayarpağını, üçbölümlü qanqal, gülümbahar çiçəyini bir-biriləri ilə qarışdırın və 1,5 xörək qaşığı götürüb qaynar su olan stəkana töküb, 30 dəqiqə dəmləyib süzün. Sonuncu dəmləmənin üzərinə 1 xörək qaşığı bal töküb gündə 3 dəfə stəkanın 1/3 hissəsi qədər qəbul edin. Müalicə kursu bir aydır.
3 çay qaşığı quşarmudu meyvəsi, 1 çay qaşığı mərsin yarpağı görürüb 0,5 litr qaynadılmış suya töküb 4 saat dəmləyib süzün. Aldığınız cövhərdən stəkanın 1/2 hissəsi qədər görürüb üzərinə 1 çay qaşığı bal əlavə edib gündə yeməyə 30 dəqiqə qalmış 3–4 dəfə qəbul edin. Müalicə kursu 10–15 gündür.
Bir hissə itburnu meyvəsi və gicitkən yarpağı, quşarmudu meyvəsi görürün. Sonra bunları yaxşı-yaxşı qarışdırın. Qarışıqdan 3 xörək qaşıgı götürüb 0,5 litr qaynar suya töküb 10 dəqiqə odun üzərində bişirib, 4 saat dəmlədikdən sonra süzün. Aldığınız ekstraktdan gündə 3 dəfə hər dəfə stəkanın 1/2 hissəsi qədər qəbul edin. 3–4 həftə istirahət verdikdən sonra müalicəni davam etdirin.
Diqqət! Əgər sizdə piylənmə prosesi hormonal pozuntuların təsiri ilə baş verərsə, onda quşarmudu ekstraktından həkimin məsləhəti ilə qəbul edin.
Kolitdən xilas olmaq üçün. Bərabər miqdarda quşarmudu meyvəsi, meşə çiyələyi yarpağı, çobanyastıgı çiçəyi, mürdəşər qabığı, at əvəliyinin kök hissəsindən, keşniş, şüyüd, xəşəmbüldən götürüb bir-biri ilə qarışdırın. Sonra qarışıqdan 1 xörək qaşığı götürüb 1,5 stəkan qaynar suya töküb, termosda 8 saat dəmləyib süzün. Aldığınız ekstraktdan gündə 4 dəfə, stəkanın 1/4 hissəsi qədər yeməkdən qabaq qəbul edin. Müalicə kursu 2 həftədən az olmamalıdır.