İkirəngli quşarmudu (lat. Sorbus discolor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
İkirəngli quşarmudu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: İkirəngli quşarmudu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Vətəni Çindir.
Hündürlüyü 7 m-ə qədər olan yarpağı tökülən ağacdır. Düz budaqlı gövdəsi və lələkvari bölünmüş, uzunluğu 25 sm olan yarpaqları vardır. Payızda yarpaqları qırmızı rəngdə olur. Çiçəkləri və giləmeyvələri ağ, çəhrayı rənglidir. May-iyun aylarında çiçəkləyir, meyvəsi sentyabr ayında yetişir.
Rütubət sevəndir. Torpağa tələbkar deyildir.
Mədəni şəraitdə rast gəlinir.
Dekorativ bitkidir. Park və bağlarda, həyətyanı sahələrdə tək əkinlərdə istifadə edilə bilər.