Luristan quşarmudu (lat. Sorbus luristanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Luristan quşarmudu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Luristan quşarmudu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Tyan-Şan, Pamir-Alay, Kopetdağ, Türkiyə, Azərbaycan və İranda təbii arealı vardır.
Azərbaycanda Quba, Samur-Dəvəçi ovalığı, Lənkəranda aşağı dağ qurşağından orta dağ qurşağına qədər meşələrdə və Naxçıvan MR-də rast gəlinir.
Azərbaycanın nadir bitkisidir. NT.
Orta və yuxarı dağ qurşaqlarında qoz, ağcaqayın, palıd meşəliklərində, qayalıq yerlərdə kolluqlarda yayılmışdır.
Azərbaycanda arealı geniş deyildir.
Təbiətdə hündürlüyü 10 m-ə qədər olan ağac və ya koldur. Budaqları tikansız, cavan zoğları çılpaqdır. Yarpaqları ensiz tərs yumurtavarı, uc tərəfi qısa, sivridir. Altdan məxmər və ya keçətüklü olması ilə adi növdən fərqlənir. Saplaqları az tüklüdür. Çiçəkləri orta böyüklükdədir. Meyvələri sarı, qırmızı və ya qaramtıl, iri və oval şəklində, 20-35 mm diametrdədir. Çəyirdəyi azca çuxur və ya deşikdeşikdir. May-iyun ayında çiçəkləyir, sentyabr ayında isə meyvəsi yetişir.
Generativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Mədəni şəraitdə becərilir.
Xüsusi mühafizə tədbiri görülməmişdir.
Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi zəruridir.