Sorbus persica

İran quşarmudu (lat. Sorbus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

İran quşarmudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycan, Türkiyə, İran və Orta Asiyada (Türkmənistan, Tyan-Şan, Pamir Alay) təbii arealı vardır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-in dağlıq hissəsində (Ərəci, Batabat, Tilək meşələri) dəniz səviyyəsindən 2500 m yüksəkliklərdə rast gəlinir.

Azərbaycanın nadir bitkisidir. VU B1ab (ii,iii) +2ab (iii).

Orta və yuxarı dağ qurşaqlarında, qayalıq yerlərdə kolluqlarda yayılmışdır.

Təbii ehtiyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Təbiətdə hündürlüyü 7-9 m-ə qədər olan ağac və ya koldur. Yarpaqları yumru ellipsvari və ya uzunsov ellipsşəkillidir. Yarpaqlar qaidəsinə yaxın pazşəkilli olub, bir qədər ensizləşir. Yarpaqlarının ucu küt və ya sivri olub 5-8 sm uzunluğunda 4-6 sm enində olur. Yarpaqlarının kənarları 4-6 dilimli və kənarları 24-35 sivridişli olur. Yarpaqları üst hissədə çılpaq alt hissədə isə keçətüklüdür. Çoxçiçəkli çiçək qrupuna malikdir. Çiçək saplağı az keçətüklüdür. Çiçəkləri böyüklüyü orta dərəcədədir. Ləçəkləri ağdır və mahmızvarı çıxıntıları var. Meyvələri qırmızımtıl göy rəngdə olur və kürəvi və ya oval olur. May iyun ayında çiçək açır.

Generativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Mədəni şəraitdə becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə tədbiri görülməmişdir.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi zəruridir.