Şamaxı quşarmudu (lat. Sorbus schemachensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Şamaxı quşarmudu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Şamaxı quşarmudu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Şərqi Qafqazda təbii halda yayılmışdır.
Gövdəsinin və budaqların qabığı tünd boz, horizontal mərciməklidir. Yarpaqları cüt olmayan-lələkvari, mürəkkəb, xətvari və ya enli-lansetvari, uzunluğu 2-8 sm-dək, 5-7 ədəd bir saplaqda, kənarları bütöv xırda yarpaqlı, 5 sm-dək, aşağıda olanlar — saplaqlı, yuxarıda olanlar-oturaq və iti dişlidir. Çiçəklərin diametri 1 sm-dək, ağ rənglidir. Sentyabr-oktyabrda yetişir. Çiçək qurupunun diametri 15 sm-ə çatır. Tumurcuğun uzunluğu 2-3 mm-ə yaxın olub, zoğun buğumlarında yerləşir. Meyvələri sulu, şirin-acıtəhərdir.
Əhəngli qayalarda təxminən 1150 m hündürlükdə bitən ağacdır.
Böyük Qafqazda təsvir edilmişdir.
Meyvələrində flovonoidlər, C və P vitaminləri, karotinlər tapılmışdır. Təbabətdə istifadə edilir.