Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Müştərilərin sosial işçilərə qarşı zorakılığı nadir baş verən hadisələrdən deyildir. Qərb ştatında lisenziyalı sosial işçilər üzərində aparılan araşdırmada, Rey[1] (1996) Sosial işçilərə qarşı zorakılğın əsasən fəaliyyət yerlərində baş verdiyini müəyyənləşdirmişdir.
Griffin (1995)[2] Sosial iş hallarının daha da mürəkkəbləşdiyini və yardım prosesinin daha çox zorakılıqla dolu sosial kontekstdə təmin edildiyini bildirmişdir Cəmiyyət içərisində işləyən sosial işçilər ofisdə işləyən həmkarlarına nisbətən daha böyük təhlükə ilə üzləşirlər, çünki onlar tez-tez təhlükəli məhəllələrdə xidmət göstərirlər və əgər hər hansısa bir problem yaranarsa, dərhal dəstək göstəriləbilmir.
Newhill(1996)[3] Amerika Birləşmiş Ştatlarının iki ştatında NASW (Sosial İşçilərin Milli Assosiasiyası) üzvləri arasında keçirilən sorğuda respondentlərin 59 faizinin zorakı müştərilərlə işləmək üzrə təlimlər keçdiyini müəyyən edib.
Bütün sosial işçilər risk altında olsalar da, araşdırmalar göstərir ki, daha gənc və daha az təcrübəli kadrlar daha çox müştəri hücumu riski altındadır.
Elmi ədəbiyyatda qadın və ya kişi sosial işçilərdən hansıların daha çox zorakılıq və təhdid riski altında olub-olmaması ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Qadın sosial işçilər müştərilər tərəfindən edilən fiziki zorakılığa xüsusilə həssasdırlar. Tryon (1986)[4] qadınların da kişi həmkarları kimi tez-tez fiziki hücumlara məruz qaldığını bildirmişdir.
Sosial işçilər ikinci dərəcəli və ya əvəzedici travma kimi tanınan şəfqət yorğunluğu (compassion fatigue) ilə üzləşə bilər. Şəfqət yorğunluğu prosesi, sosial işçilərin müştərilərinin əlamətlərini və simptomlarını yaşamalarının potensial psixoloji nəticəsidir. Bu zaman onların müştərilərinə qarşı empatiya və şəfqət hissləri azala bilər.
Təhdid və ya zorakılıq aktının nədən ibarət olması barədə vahid bir konsensus yoxdur. Bununla belə, elmi ədəbiyyat sosial işçilərə qarşı müştəri tərəfindən həyata keçirilən zorakılığı faktiki fiziki hücum, təhlükə və ya fərdi işçinin zorakılıq hesab edə biləcəyi hər hansı digər bir hadisə kimi xarakterizə edir.
Zorakılıq hadisəsi işçinin hadisədən nəyi qavradığı və hadisənin baş verdiyi kontekstlə müəyyən edilir. Bir işçinin zorakılıq və ya təhdid edici hesab etdiyi şey, digər işçi üçün zorakılıq hesab edilməyə bilər.
Və bir vəziyyətdə zorakılıq və ya hədələyici davranış kimi qəbul ediləbilən hadisə, eyni şəxs tərəfindən fərqli kontekstdə zorakılıq və ya təhdid kimi qəbul edilə bilər
Əksər sosial işçilər iş zamanı müştəri tərəfindən başladılan zorakılığa məruz qalırlar. Sosial işçilərin zorakılığa məruz qalma faizi elmi ədəbiyyatda çox dəyişir, hesablamalara görə 50 faiz ilə 88 faiz arasında dəyişir.
Zorakılığın ən çox yayılmış forması şifahi şəkildə hədələmək və ya təhdiddir. Fiziki hücumlar o qədər də geniş olmasa da, qərb əyalətində sorğuda iştirak edən 175 lisenziyalı sosial işçi və 98 agentlik direktorunun 25 faizi tərəfindən bu nəticə bildirilmişdir.