Bu məqalədə orijinal tədqiqata, təsdiqlənə bilməyən ifadələrə, mülahizə və şərhlərə yer verildiyi düşünülür. |
Sosial psixologiyanın tədqiqat metodları və metodologiyası— Sosial psixologiyanın tədqiqat metodları dedikdə, bu elmin öz predmetini, mövzusunu tədqiq etmək üçün istifadə etdiyi yol və vasitələrin məcmusu nəzərdə tutulur. Metod - elmin öz predmetinə yanaşma tərzi öyrənilməsi üsulları başa düşülür. Metod olan yerdə elm var, elm olan yerdə də metod var. Bütün elmlər öz predmetini müəyyən üsullarla öyrənirlər. Bu metod adlanır. Metodologiya - metodlar haqqında təlim deməkdir. Metod və loqos sözlərinin birləşməsindən yaranmışdır. Metodologiya dedikdə elmin öz predmetinə hansı fəlsəfə aspektən (baxımdan) yanaşması başa düşülür. Başqa sözlə desək şüurun gerçəklikdə baş verən hadisələrin necə dərk etməsi başa düşülür.
Bu termin 3 mənada işlənilir:
Tədqiqatçının istinad etdiyi ümumi fəlsəfi yanaşma, ümumi idrak üsulu nəzərdə tutulur. Müasir elmin metodoloji əsasını dialektik, tarixi-materializm prinsipi və onun müddəaları təşkil edir. (Dialektika - inkişaf, dəyişmə deməkdir) Ümumi metodologiyanın 3 əsas prinsipləri mövcuddur.[1]
Konkret elm sahəsində məsələn, sosial psixologiya sahəsində tətbiq olunan metodoloji prinsiplər nəzərdə tutulur. Bu metodoloji prinsiplər aşağıdakılardır:
Hər bir tədqiqatın konkret metodikası mövcuddur. Konkret metodika ümumi və xüsusi metodologiya əsasında işlənir. İşlənən bütün konkret metodikalar aşağdakı meyarlara (nəyə əsaslanan) cavab verməlidir.
Özünəməxsus texnikadır: bu zaman tədqiqatçı adamları müşahidə edir və onların davranışını sistemli təsbit edir. Sosial psixologiyada müşahidə özünəməxsus ölçülərlə tətbiq olunur. Müşahidə prosesində sosial psixoloqu ayrı-ayrı sosial psixoloji fenomenlər, məsələn aqressivliyin təzahür xüsusiyyətləri maraqlandırır. Bu metod müxtəlif variantlarda tətbiq olunur və şağıdakı növlərini ayırırlar:
Arxiv materiallarının təhlili - müşahidənin özünəməxsus növü hesab edilir. Bu zaman tədqiqatçı arxiv materialları, məs. gündəlikləri, romanları, jurnal və qəzetləri, toplanılmış sənədləri nəzərdən keçirir və onların məzmununu təsvir edir. Əgər tədqiqatçının məqsədi hər hansı sosial fenomeni təsvir etməkdən ibarətdirsə, müşahidə bu baxımdan ən səmərəli üsuldur.
Korrelyasiya metodu - özünəməxsus texnikadır. Korrelyasiya metodu vasitəsilə iki və ya daha çox kəmiyyət sistematik surətdə ölçülür və onların arasında təbii surətdə əmələ gələn qarşıqlı münasibət müəyyən olunur. Müəyyən olunmuş mühüm kəmiyyətlər korrelyasiya metodu vasitəsilə təbii surətdə öyrənilir. Müşahidə metodunda olduğu kimi tədqiqatçı çox vaxt adamların davranışını bilavasitə müşahidə edir. Məsələn. Psixoloq korrelyasiya metodu vasitəsilə uşaqların aqressiv davranışı ilə zorakılığı göstərən televiziya verilişlərinin qarşılıqlı əlaqəsini yoxlamaq imkanına malikdir.
Eksperiment metodu ayrı-ayrı kəmiyyətlər arasında səbəb-nəticə münasibətləri ancaq eksperiment metodu ilə müəyyən olunur. Eksperiment metodun əsas xüsusiyyətləri:
Eksperimentin özünəməxsus bir forması çöl eksperimenti sayılır. Çöl eksperimentində laboratoriya eksperimentindən fərqli olaraq adamların davranışı təbii şəraitdə öyrənilir. Çöl eksperimenti sosial-psixoloji eksperimentin xarici validliyini yüksəltməyin ən yaxşı vasitəsi sayılır.
Sorğu metodu - sosial psixologiyanın əsas metodlarından biridir. Burada ilk məlumat 2 cür: bilavasitə - (müsahibə, intervyü) və vasitəli (anket) formada alınır. Sorğu aparılan adama respondent deyilir. Sorğu metodunun aparılmasına az vaxt sərf olunur. Sosioloji sorğu ilə sosial psixoloji sorğunu fərqləndirmək lazımdır; Sosioloji sorğunu ayrı-ayrı faktlar, sosial psixoloji sorğunu isə faktların psixoloji mexanizmləri maraqlandırır. Sorğu metodunun ən çətin cəhəti etibarlı və əsaslanmış informasiya almaqdır. Buna isə respondentin ustanovkasının olması və ya olmaması (cavab verərkən), respondentlə kontaktın yaranması, eksperimentatorun şəxsi keyfiyyətləri, bacarığı təsir göstərir. Deməli alınan informasiya subyektiv xarakter daşıyır. Sorğu qrup şəklində və fərdi formada aparıla bilər. Əyani və qiyabi, şifahi və yazılı formada aparıla bilər. Müsahibə ilə intervyü bir-birindən fərqlənir: Müsahibə - əks əlaqə olur, yazılı plan olmur İntervyü - qabaqcadan hazırlanmış plan üzrə aparılır İstər intervyüdə, istərsədə müsahibədə inamlı, dostluq münasibətlərinin yaranması əsas şərtdir. Uşaqlarla işləyən tədqiqatçı yaş xüsusiyyətlərini nəzərə almalıdır.
Sorğunun ən geniş yayılmış formalarından biridir. Anketi aparmaq və nəticəsini işləmək asandır. Lakin onu tərtib etmək çox çətindir və tədqiqatçıdan yüksək bacarıq tələb edir. Anketdə qoyulmuş suallar tədqiqatçının məqsədinə uyğun olmalıdır. Anketin sualları formasına görə açıq və bağlı, birbaşa və dolayı ola bilər.
Sənədlərin öyrənilməsi - metodundan əksər hallarda köməkçi metod kimi istifadə olunur. Bu metoddan ya tədqiqatın əvvəlində obyekt haqqında məlumat almaq üçün, ya da tədqiqtın sonunda nəticələrin daha dəqiq şərhi üçün istifadə olunur. Bəzi hallarda isə informasiya almaq üçün vahid metod rolunu oynayır. Sənəd kimi öyrənmək olar: əlyazmalarını, çap materiallarını, maqnitofon yazılarını, kinoplyonkaları və s. Məktəbdən informasiya almaq üçün sənəd kimi yığıncaq protokolunu, çap materiallarını, iş planını, inşanı, məktubu, gündəliyi, məktəblilərin bir-birinə yazdıqları kağızları və s. göstərmək olar.
Kontent-analiz—ing. s sözü olub mənası məzmun deməkdir ) zamanı sənədlərin öyrənilməsi metodu ilə tədqiqatçı məzmun vahidlərini ayırmalı və statistik cəhətdən işləməli, sonra isə şərh etməlidir. məs. məktəblinin həyatında sinif yoldaşlarının nə dərəcədə rol oynadığını onun öz gündəliyində, yaxud yaxın yoldaşları ilə yazışmalarında, bu yoldaşlarının adının nə qədər çəkilməsində görmək olar. Kontent analiz metodundan yalnız xüsusi hazırlığı olan şəxs istifadə etməlidir.
Hər bir xalqın özünəməxsus bənzərsiz mədəniyyəti vardır və şəxsiyyət bu mədəniyyət kontiniumunda doğulur, böyüyür. Kross-mədəni tədqiqatlar əsasən 2 yönümdə aparılır. a) Müxtəlif mədəniyyətlər arasında müqayisəli araşdırmalar təşkil olunur. Bu müqayisələrin ana xətti oxşarlığına, müxtəlif xalqların sosial psixoloji durumunda universal məziyyətlərin müəyyənləşdirilməsi ilə bağlıdır. b) Hər bir xalqın mədəniyyəti, başqa sözlə tərcümeyi-halı üçün səciyyəvi elmi özünəməxsus xüsusiyyətlər müəyyənləşdirilir. Kross-mədəni araşdırmalarda bu sual əsaslı təhlil olunur. Psixi qanunauyğunluqların formalaşmasında mədəniyyət faktoru köklü rol oynayır. Onun araşdırılması sosial-psixoloji problemdir. Dünya psixologiyasında müxtəlif istiqamətlərdə Kross-mədəni tədqiqatlar aparılır. Kross-mədəni tədqiqatlar Azərbaycan sosial psixologiyası üçün yeni olan istiqamətdir.
Riyazi psixologiya XX əsərdə psixologiya elminin bir sahəsi kimi formalaşmağa başlasa da, statistik metodlar qısa müddət ərzində psixologiya elminin bir çox sahələrinə nüfuz etdi. Elmşünasların proqnozlarına görə, əsrin sonuna doğru psixologiya elminin bütün sahələri riyaziləşəcək, yəni riyaziyyat sözün əsl mənasında, bütünlüklə və tamamilə onun ətinə, iliyinə hopacaqdır. Bu psixologiya elminin inkişafında yeni keyfiyyət dəyişiklikləri ilə əlamətdar olacaqdır.
Testlər psixologiyada XIX əsrin sonlarından başlayaraq testlərdən istifadə olunur. Müxtəlif tapşırıqlar, suallar şəklində mütəxəssislər tərəfindən hazırlanır. Testlərin müxtəlif növləri var: