Şüur

Şüur- psixikanın ən yüksək hissəsini təşkil edir.Şüur da psixika kimi beynin funksiyasıdır.Şüur obyektiv aləmin ideal inikasıdır.Yəni əmək prosesinin sonunda alınan nəticə artıq bu prosesin əvvəlində insanın təsəvvüründə,ideal sürətdə mövcud olur.Şüur fərdin həyat yolunun təkraredilməz əlamətlərinin,tərbiyəsinin xüsusiyyətlərini,ona olan müxtəlif siyasi və ideoloji təsirləri ifadə edir.Fərdi şüur – bir insana xas olan şüur formasıdır.

İctimai şüur isə müəyyən insan qrupuna xas olan ideyalar, baxışlar sistemidir. Şüurun xüsusiyyətləri psixi proseslər, fərqləndirmə, mənlik şüuru məqsədin olması və ictimai-tarixi xarakter daşımasıdır.

Şüur, onun mənşəyi, mahiyyəti və gerçəkliyə münasibəti məsə­­­ləsi filosofları qədimdən düşündürən problemlərdən olmuşdur. İn­sanın dünyada yerini və rolunu, onun ətraf aləmlə qarşılıqlı tə­si­­rinin spesifikasını açmaq üçün, şüurun təbiətini və mahiy­yətini ay­dınlaş­dır­maq lazım­dır. Şüur problemi çox mürəkkəb olub, yal­nız fəlsəfi tədqiqatın deyil, habelə bir sıra humanitar və təbiət­şü­na­s­­lıq elmlərinin, o cümlədən müasir dövrdə sosiologiya­nın, psi­xo­­lo­gi­ya­­nın, ki­ber­neti­ka­nın, informatikanın və s. elmlərin tədqi­qat pred­­­metinə çev­­­rilmişdir. Bu elmlər çərçivəsində şüurun ayrı-ay­rı aspekt­lərinin təhlili, onun şərhində müəyyən bir fəlsəfi dün­ya­­gö­rüşü mövqe­yi­nə əsaslanır.

Qədim materialistlərin (Demokrit, Epikür, Lukretsi Kar və b.) nəzərincə, şüur insan bədənindən asılı olub, insana anadan ol­ması ilə şüur da meydana gəlir və insan öldükdən sonra o da yoxa çı­xır. Bədənsiz şüur (ruh) heç nədir. Obyektiv və subyektiv idealiz­min nümayəndələri (Platon, Berkli, Hegel, Fixte, Şellinq və b.) isə şüuru (ruhu) maddi gerçəkliyin əsasına qoymuş, onu mate­ri­ya­ya nisbətən müəyyən edici və ilkin substansiya hesab etmişlər. Yeni dövr filosoflarından olan Rene Dekarta görə, şüur, təfəkkür, «fikirləşən sub­stansiyanın fəaliyyətidir», müstəqil mövcuddur, bədən­dən­ mad­­­di olandan asılı deyildir. Materiya da «fikirləşən» substan­si­ya­dan asılı deyildir. XVIII əsr materialistləri (Spinoza, Didro və b.) isə şüuru materiyanın atributu, onun bütün təzahür formaları və növlərinə xas olan əbədi xassəsi hesab etmişlər.

Fəlsəfi fikir ta­rixində şüurun mahiy­yəti, onun varlığa, materiyaya müna­sibəti ətrafında fəlsəfi aspektdə aparılan prinsipial mü­ba­hisə­lərdə həlli bö­yük çətinlik törədən məsələ şüurun mənşəyi mə­sələsi olmuşdur. Ru­hun, şüurun birinciliyini qəbul edən idea­lizm, maddi və mə­nə­vinin paralel mövcudluğunu fərz edən dua­lizm, sözsüz ki, belə bir çətinliklə qarşı­laş­mırdı. Hər bir materia­list isə materiya məsələsinə yaxınlaşarkən "öz-özünün səbəbidir" prinsipini pozmadan duyğu və şüur xassələrinə malik materiya­nın mövcudluğunu izah etmək kimi çətin və mürəkkəb bir məsələni həll etməli olurdu.

Qeyd etmək lazımdır ki, müasir fəlsəfə bir çox problemlərə mütləq səhih, və yaxud həqiqətə yaxın cavab verirsə (məsələn, təbiət, cəmiyyət, insan, tarix, varlıq, idrak problemləri), şüur problemi – yaranma mexanizmi, daxili mahiyyəti, materiyaya təsiri –hələ də tam aydınlaşdırılmamışdır. Hal-hazırda fəlsəfə yalnız aşağıdakı müddəaları yəqinliklə təsdiq edir:

  • Şüur mövcuddur;
  • O, xüsusi, ideal təbiətə (mahiyyətə) malikdir – bu müddəanı həm idealistlər, həm də materialistlər qəbul edir, lakin materialistlər şüurun materiyadan törəmə olduğunu bildirirlər.

Şüurun mənşəyi

[redaktə | mənbəni redaktə et]

Fəlsəfədə əsas müzakirə olunan məsələlərdən biri də şüurun mənşəyi problemidir. Şüurun mənşəyi haqqında fikirləri üç qrupa bölmək olar:

  • Şüur kosmik (və yaxud ilahi) mənşəlidir;
  • Şüur bütün canlı orqanizmlərə xasdır (“bioloji” nöqteyi-nəzər);
  • Şüur istisnasız olaraq insani xassədir (“insani” nöqteyi-nəzər).

Kosmik (İlahi) nöqteyi-nəzərə görə, şüur öz-özlüyündə mövcud olub, onun daşıyıcısı olan materiyadan – canlılardan, insandan asılı deyil. Şüur birbaşa öz mahiyyətinə görə vahid, bütöv olan Kosmosdan (Allah zakasından) “gəlir”. “Dünya şüurunun” hissəcikləri canlı orqanizmlər və insan şüru şəklində təbiətə səpələnmişdir. “Bioloji” nöqteyi-nəzərə görə şüur bütün canlı orqanizmlərə xasdır. Bu nöqteyi-nəzər tərəfdarları öz mövqelərini aşağıdakı müddəalarla əsaslandırırlar:

  • Heyvanların həyatı spontan(özbaşına) baş vermir, onların şüuruna tabedir və mənaya malikdir;
  • İnstinktlər təkcə anadangəlmə deyil, sonradan da qazanıla bilər;
  • Canlılar həyatları boyu təcrübə toplayır və onlardan bacarıqla istifadə edirlər;
  • Heyvanların (xüsusilə aliləri) bəzi hərəkətləri mürəkkəbdir (məs, ov etmə) və şüurun “işləməsini” tələb edir.

“İnsani” nöqteyi-nəzərə görə şüur – istisnasız olaraq insan beyninin məhsuludur və yalnız insana məxsusdur, heyvanlar isə yalnız instinktə malikdir.

Fəlsəfədə şüur probleminə bir neçə yanaşma mövcuddur. Onlardan dörd əsas olanı aşağıdakı kimi göstərmək olar:

1. Solipsizm

2. Obyektiv idealizm;

3. Mötədil materializm;

4. Fizikalizm.

Burada 1 və 2 - idealist yanaşma, 3 və 4 - materialist yanaşmadır.

Solipsizm: Şüurun mahiyyətinə ifrat idealist yanaşma olub, fərdin şüurunu yeganə səhih gerçəklik, maddi dünyanı isə onun törəməsi hesab edir (Berkli, Yum, Fixte və s.).

Obyektiv idealizm: Həm şüurun, həm də materiyanın varlığını qəbul edir, lakin burada birincilik şüura verilir, fərdin şüur “dünya şüurunun” bir hissəsidir.

Mötədil materializm: şüur materiyanın xüsusi xassəsidir, yüksək inkişaf etmiş materiyanın (yəni, insan beyninin) öz-özünü əks etdirmə qabiliyyətidir.

Fizikalizm: şüurun mahiyyətinə ifrat materialist yanaşma olub, şüurun müstəqil substansiya olduğunu inkar edir. Şüur materiyanın törəməsidir və yalnız fizika və digər təbiət elmlərinin köməyi ilə izah edilə bilər.

Şüur probleminə fizikalist yanaşma çoxsaylı təbii-elmi biliklərə əsaslanır, onlardan bəziləri aşağıdakılardır:

  • İnsanın baş beyni gerçəkdən təbiətin mürəkkəb “mexanizmi”, materiyanın ali təşkil səviyyəsidir;
  • Konkret insan şüuru beynsiz mövcud ola bilməz, insan beyni isə bioloji orqanizmdir;
  • Bəşəriyyət süni intellekt yaratmaq imkanı qazanır, onun da daşıyıcısı maşın (kompüter) – maddi obyektdir;
  • İnsan orqanizminə medikamentoz təsirlər insan şüurunda əks edir (məsələn, psixotrop maddələrin qəbulu);

Fizikalizm geniş yayılmışdır və onun bir neçə istiqaməti (nepozitivizm çərçivəsində) mövcuddur:

· “Eyniyyət nəzəriyyəsi” (D.Armstronq, C.Smart) – ruhi prosesləri digər cismani proseslərlə eyniləşdirir – qan dövranı, tənəffüs, beyin prosesləri;

· “Eliminasiya” nəzəriyyəsi (F.Feyerbend) – “ruh”, “mənəvi” anlayışlarının köhnəlmiş və qeyri-elmi olduğunu isbat etməyə çalışır;

· Vulqar materialistlərin nəzəriyyəsi (K.Foxt) – iddia edirlər ki, qaraciyər öd ifraz etdiyi kimi, beyin də fikir ifraz edir.

Marksist fəlsəfədə şürun mahiyyəti haqqında materialist yanaşma geniş yayılmışdır. Bu daha çox inikas nəzəriyyəsi adı ilə tanınır. Bu nəzəriyyənin mahiyyəti odur ki, şüur yüksək inkişaf etmiş materiyanın materiyanı inikas edirmə xassəsidir. İnikas nəzəriyyəsinin əsas anlayışları aşağıdakılardır:

· İnikas;

· Qıcıqlandırma;

· Hisslik;

· Psixi inikas;

· İnikasın şüurlu forması.

Ümumiyyətlə materiyaya inkas etdirmə xüsusiyyəti xasdır. İnikas – maddi obyektlərin digər maddi obyektlərlə qarşılıqlı təsirdə olmaları nəticəsində özündə onların izini buraxamaq qabiliyyətidir. İnkasa çoxsaylı misallar göstərmək olar: Bədəndə cızıqlar, insanın qruntda izi, qruntun insan ayaqqabısında izi, bir əşyanın digər əşya ilə toqquşması nəticəsində əmələ gəlmiş izlər və s. İnikasın elementar formaları aşağıdakılardır:

· Mexaniki;

· Fiziki;

· Kimyəvi.

Lakin inikasın əsas forması bioloji inikasdır. Onun əsas spesifikası odur ki, o yalnız canlı orqanizmlərə xasdır. Onun köməyi ilə canlılar həm canlı, həm də cansız obyektləri inikas etdirir. Bioloji inikasın əsas formaları:

· Qıcıq;

· Hisslik;

· Psixi inikas.

Qıcıq – bioloji inikasın sadə forması olub, canlı orqanizmlərin (hətta bitkilərin) ətraf dünyanın (canlı və cansız) predmet və hadisələrinə reaksiyasıdır. Məsələn, bitki yarpaqlarını istidən quruması, yağışdan formalarını dəyişməsi, günəbaxanın Günəşə tərəf dönməsi və s.

Hisslik – bioloji inikasın daha ali forması – canlı orqanizmlərin ətraf dünyanı duyğular vasitəsilə inikas etdirməsi.

Psixi inikas – duyğuların düşünülməsi, sistemləşdirilməsi, canlı orqanizmlərin ətraf mühitə uyğunlaşmaq məqsədilə davranışlarını modelləşdirmək qabiliyyəti.

Şüur – bioloji inikasın ən ali forması. İnsana, qismən də ali heyvanlara xas xüsusiyyət. Şüur ətraf dünyanın daha tam inikası və düşünülməsidir, mücərrədləşdirmə və refleksiya qabiliyyətidir.