Sosiofobiya (lat. socius - ümumi, birlik və q.yun. φόβος) — ictimai yerlərdə çıxış etmək, başqa insanlar qarşısında öz fikrini bildirməkdən çəkinən insanlara aiddir. Onlar gülünc görünməkdən, fikirlərini çatdıra bilməməkdən qorxurlar.[1]
Karvasarski ikinci qrupu qorxuları sosiofobiya adlandırır. Bura daxildir: ereytofobiya (insanlar arasında qızarmaq qorxusu), ictimai çıxışlardan qorxma, yad insanların yanında hər hansı bir hərəkəti etmənin mümkünsüzlüyünü qorxusu (məsələn: stuldan qalxıb ayaqyoluna getmək) və s. Bu cür qorxular ətrafdakılara nə qədər cəfəng görünürsə, qorxu daşıyıcılarına bir o qədər dramatik gəlir. Məsələn, deyilənə görə, məşhur Danimarka astronomu Tixo Braqe ziyafət zamanı utanıb ayaqyoluna vaxtında getmədiyi üçün sidik kisəsi iltihabından ölmüşdür.
Azərbaycan dilində online sosial fobiya testi
Psixologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |