Sovet-yapon deklarasiyası (1956) — 19 oktyabr 1956-ci ildə Moskvada imzalanmış və 12 dekabr 1956-cı ildə qüvvəyə minmişdir.
Deklarasiyaya görə 1945-ci ilin 9 avqustunda başlamış müharibə rəsmən bitmiş elan edilir. İki ölkə arasında sülh və dostluq şəraitində diplomatik əlaqələrin qurulmasını üzərinə götürür. Deklarasiyaya görə SSRİ və Yaponiya[1][2] ticarət və dəniz ticarəti, balıqçılıq və dənizdə baş verə biləcək bədbəxt hadisələr zamanı qarşılıqlı yardım göstərilməsi nəzərdə tutulurdu.
Üstəlik ölkələr BMT prinsipləri cərcivəsində fəaliyyət göstərməyi üzərlərinə götürürlər. Ölkələr bir-biirinin daxili işələrinə qarışmırlar. Üstəli SSRİ Yaponiyanın BMT təşkilatına üsvlüyünə yardım göstərməcəyini bildirir. SSRİ bütün Yaponiya vətəndsşlarını Yaponiyaya qaytarmağı öhtəsinə götürür.
Deklarasiyanın nəticəsinə hörə hər iki ölkə bir-birinə olan iddialardan imtina edirlər.
Sülh anlaşmasının önəmli şərti Sovet tərəfindən Şikotan və Habomay adalarının Yaponiyaya qaytarılmasını nəzərdə tuturdu.
Nikita Xruşşov anlsşmaya uyğun olaraq adaları (iki adanı) Yaponiyaya qaytarmağı düşünürdü. O, Yaponiyanı birtərəf ölkə kimi görmək istəyirdi. Düşünülürdü ki, Yaponiya İsveçrə və Avstriya timallı bir ölkə olacaqdır. ABŞ bu anlaşmanı özü üçün təhlükə hesab edirdi. Bu səbəbdən Yaponiyaya təzyiq göstərməyə başlayır[3][4]. ABŞ Yaponiyaya açıq şəkildə bildirir ki, əgər Yaponiya Kunaşir və İturup adalarına olan iddiadan əl çəksə o xaman San-Fransisko sülh müqaviləsinın üçüncü bəndinə əsasən Ryukyu adalarını və Okinava adasını öz idarəçiliyinə alaraq ərazisinə qatacaqdır.
19 yanvar 1960 Yaponiya ilə ABŞ arasında qarşılıqlı anlaşma və təhlükəsizlıq haqqında müqaviləyə görəyə amerikanlar Yaponiyaya məxsus adalarda 10 il müddətində öz bazalarını saxlaya bilərdilər. 27 yanvar 1960 ildə SSRİ bu anlaşmanın ona və Çinə qarşı yönəldiyini bildirərək adaları Yaponiyaya qaytarmaqdan imtina edir. Səbəb kimi adalarda ABŞ-yə məxsus bazaların yerləşdirilə biləcəyi göstərilir.
14 noyabr 2004 Rusiyanın xariçi işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinnin Yaponiyaya səfəri zamanı SSRİ-nin varisi olaraq Rusiya 1956-cı il deklarasiyasına uyğun şəkildə ərazi mübahusəsini həll etməyin mümkünlüyünü bildirmişdir[5].