Ölkə | Polşa |
Şəhər | Varşava |
Koordinatları | 52°12′09″ şm. e. 20°59′12″ ş. u. |
Layihə müəllifi | Bohdan Lyakert Vladislav Nemirski |
İnşası | 1949—1950 illər |
Tanınmış ziyarətçiləri | Vladimir Putin Aleksandr Kvasnevski |
Varşavadakı sovet hərbi qəbiristanlığı — Polşanın paytaxtı Varşava şəhərinin Mokotuv rayonunda yerləşən Polşanı işğaldan azad etmək üçün Vermaxta qarşı həyata keçirilən Varşava-Poznan əməliyyatında həlak olan Qızıl Ordunun 21,468 əsgəri üçün xatirə kompleksi.
Kompleks Varşavada İkinci Dünya müharibəsi iştirakçıların xatirəsinə tikilən ilk abidədir. Kompleksdə əsgərləri təbrik dən fəhlələr təsvir edilmişdir. 1944-cü ildə gerçəkləşən Varşava üsyanının baş verdiyi yerin yaxınlığında tikilən kompleks sosialist realizmi metodundan ilhamlanaraq inşa edilmişdir. Abidə 9 may 1950-ci ildə açılmışdır.
Sahəsi 19.2 hektar olan qəbiristan kompleksinin ana hissəsində əsgərlərin kütləvi məzarları yerləşir. Kütləvi məzarların yerləşdiyi sahə iki yerə bölünür. Hər iki hissənin mərkəzində 38 metrlik bir obelisk yerləşir. Obeliskin təpəsində bir qızıl ulduz var. Qəbiristanda rus və polyak dillərində həkk olunmuş mətnlər mövcuddur.
Xatirə kompleksi hal-hazırda Polşa hökuməti tərəfindən qorunur. Qəbiristanlıqda hər iki aydan bir təmizlik işləri aparılır.[1]
17 yanvar 2002-ci ildə Varşava şəhərinin Vermaxt qüvvələrindən azad edilməsinin (17 yanvar 1945) 57-ci yubileyi münasibətilə Rusiya Prezidenti Vladimir Putin və keçmiş Polşa Prezidenti Aleksandr Kvasnevski qəbiristanlığa çələng yerləşdiriblər.[2] 2007-ci ilin yanvar ayında verilən fərmana əsasən Polşa hökuməti kompleksin baxım və təmirinin məsulu olmuşdur.[3]
2016-cı ilin avqust ayında Rusiya Mərkəzi Bankı xatirə kompleksinin təsvir edildiyi 1 rublluq əsginas buraxmağa başlamışdır.[4]
20 mart 2017-ci ildə qəbiristanlıq naməlum şəxslər tərəfindən vandalizmə məruz qaldı, bu isə Polşanın bir sıra siyasətçilərinin və nazirliklərininin qınanması ilə nəticələnmişdir.[5].