Sovet xalqı

Sovet xalqıSSRİ-də vətəndaş kimliyi,[1] nəzəriyyəsi,[2] insanların tarixi birliyi.[3]

"Sovet xalqı" termini ilk dəfə 1920-ci ildə SSRİ əhalisini özündə ehtiva edən anlayış kimi işlədilmişdir.[3] Lakin həmin dövrdə elə də ciddi bir ideoloji məzmun kəsb eləməmişdir.[3]

1961-ci ildə Sov.İKP-nin XXII qurultayında Nikita Xruşşov ilk dəfə olaraq sovet xalqını yeni tarixi birlik kimi xarakterizə edir.[3] Lakin bu halda da sovet xalqı anlayışı sonradan gücləndirilmiş və ideologiyalaşdırılmış səviyyədə deyildi.[3][4] Çünki insanların yeni tarixi birliyinin yaranması ideyasının başlıca dəlili bunlar hesab edilirdi:[3]

  • bir sosium olaraq onun SSRİ-nin simasında
    • ümumi bir vətənin olması;
    • ümumi iqtisadi bazası kimi sosialist təsərrüfatının olması;
    • ümumi sosial-sinfi strukturunun olması;
    • marksizm-leninizm kimi ümumi dünyagörüşünün olması;
    • Kommunizm qurmaq kimi ümumi məqsədinin olması;
    • mənəvi simasında və psixologiyasında ümumi cizgilərin olması.

1970-ci illərdən etibarən Sovet xalqının formalaşdırılmasının yeni mərhələsi başlayır[3]. 1971-ci ildə bu tezis Sov.İKP-nin XXIV qurultayında Leonid Brejnevin hesabat çıxışında səslənir[3][5]; bir qədər sonra isə o SSRİ-nin 50 illik yubileyi ilə əlaqədar Sov.İKP MK–nın qərarında öz əksini tapır.[3] Bundan sonra ideoloji don geyindirməklə "Sovet xalqı" termini partiya və dövlət orqanlarının gündəlik fəaliyyətinin əsas təbliğat istiqamətlərindən birinə çevrilmişdir.[3]

Nəhayət, 1977-ci ildə qəbul edilmiş SSRİ-nin yeni konstitusiyasının preambulasında belə bir müddəa ifadə olunmuşdur:

"Sovet cəmiyyəti bütün millətlərin və xalqların yaxınlaşması əsasında insanların yeni tarixi birliyinin – sovet xalqının təşəkkül tapdığı yetkin sosialist münasibətləri cəmiyyətidir."[6]

Lakin belə bir ideya tarixin sınağından keçə bilmədi, SSRİ-nin dağılması ilə bu nəzəriyyə də sona çatdı[7].

9 dekabr 1998-ci ildə "İslam sivilizasiyası Qafqazda" mövzusuna həsr edilmiş beynəlxalq simpoziumdakı çıxışı zamanı Azərbaycan Prezidenti Heydər Əliyev "Sovet xalqı" termini ilə bağlı belə demişdir:

"Keçmişdə, sovet hakimiyyəti dövründə din qadağan edildiyinə görə kim müsəlmandır, kim xristiandır - hamısı bir idi, hamısı da sovet xalqı hesab olunurdu. Hətta xalqların adını da xırda-xırda aradan götürmək meylləri inkişaf edirdi. "Vahid sovet xalqı", "insanların yeni tarixi birliyi" kimi terminlər var idi."[8]

O, 6 fevral 2003-cü ildə TÜRKSOY Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri daimi şurasının XIX toplantısındakı çıxışı zamanı da belə demişdir:

"...çünki onda sovet ideologiyası, bir də ümumi sovet xalqı vardı. Get-gedə millətlər əriyib gedirdi, olacaqdı ümumi sovet xalqı."[9]

  1. Данилова Е. Н. Изменения в социальных идентификациях россиян Arxivləşdirilib 2017-05-11 at the Wayback Machine // Социологический журнал. — 2000. — № 3/4.  (rus.)
  2. Avstriyada yaşayan soydaşlarımızla görüşdə Azərbaycan Respublikasi Prezidenti Heydər Əliyevin çıxışı - Vyana, 5 iyul 2000-ci il Arxivləşdirilib 2016-09-10 at the Wayback Machine. aliyevheritage.org  (az.)
  3. 1 2 3 4 5 6 7 8 9 10 İbrahim Əliyev. Sovet xalqının insanların yeni tarixi birliyi olması haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri Arxivləşdirilib 2017-04-29 at the Wayback Machine. strategiya.az, 30.01.2014  (az.)
  4. 22-й съезд КПСС (17 - 31 октября 1961 года): Стенографический отчет,т.1, , Москва, 1962. стр. 153  (rus.)
  5. Материалы XXIV съезда КПСС, 1971. стр. 76  (rus.)
  6. Конституция (Основной закон) Союза Советских Социалистических Республик. Принята на внеочедной седмой сессии Верховного Совета СССР девятого созыва. 7 октября 1977 г.Москва, Политиздат, 1977. стр. 2  (rus.)
  7. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda keçirilən Beynəlxalq Konfransda və Qafqaz Müsəlmanları Qurultayında nitqi - 30 sentyabr 1998-ci il Arxivləşdirilib 2016-09-11 at the Wayback Machine. aliyevheritage.org  (az.)
  8. "İslam sivilizasiyası Qafqazda" mövzusunda beynəlxalq simpoziumda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi Arxivləşdirilib 2016-09-11 at the Wayback Machine. aliyevheritage.org, 09.12.1998  (az.)
  9. TÜRKSOY Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri daimi şurasının XIX toplantısında Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı Arxivləşdirilib 2016-09-11 at the Wayback Machine. aliyevheritage.org, 06.02.2003  (az.)