Spam — kütləvi olaraq yayılan və eyni zamanda alınması arzuolunmaz olan reklam və ya digər məzmunlu məlumatdır. İlk növbədə spam termini elektron məktublara şamil olunur. Başqa sözlə, spam – tələb edilməmiş məlumatların kütləvi və anonim göndərilməsidir.[1] Burada anonim yayma dedikdə məlumatların gizli və ya saxta əks ünvanla avtomatik yayılması başa düşülür. Hazırda elə spam göndərən yoxdur ki, o öz ünvanını və göndərmə yerini gizlətməsin.
SPAM sözünün yaranma tarixi 1937-ci ilə təsadüf edir. SPAM – Hornel Foods şirkətinin məhsulu olan donuz konservlərinin adıdır. Spam – 1920-30-cu illərdə çox məşhur olan ət konservlərinin adıdır. Spam ingiliscə SPices hAM – "istiotlu vetçina" (qaxac edilmiş donuz əti) kimi izah edilir. Kütləvi reklam kampaniyaları və məhsulun ucuzluğu onu qısa zamanda bütün Amerikada istehlak edilən məhsula çevirmişdir. 80-ci illərdə Usenet konfranslarında çoxlu sayda reklam məzmunlu elektron ismarışlar yayılmağa başladıqda, onları 40-cı illərin kütləvi konserv reklamları ilə müqayisə edirdilər. Beləliklə "spam" sözü yeni məna qazanmış oldu.
Bu termin Hormel şirkəti tərəfindən icad edilmiş və ticarət markası kimi qeydiyyatdan keçirilmişdi, 1930-cu illərdə şirkətdə nəhəng miqdarda satılmayan köhnə ət yığılıb qalmışdı. 1937-ci ildə şirkət yığılıb qalmış ətin satışı üzrə marketinq kampaniyasına başladı. Spam termini belə meydana çıxdı.
"Spam" termini keçən əsrin sonlarında müxtəlif şirkətlər öz reklam məlumatları ilə yeniliklər konfransı "Usenet"ə hücuma başladıqda yenidən işlədilməyə başladı. Usenet texnologiyası məlumatların istənilən cür süzülməsini nəzərdə tutur, buna görə də Usenet administratorları tez reaksiya verirdilər – spam öz məqsədinə çatana kimi spamı silirdilər. "Usenet"də uğursuzluğa düçar olan spamerlər (spam fəaliyyəti ilə məşğul olanlar) reklamın ünvanlar qrupu üzrə göndərilməsinə keçdilər. Buna görə də bu gün öz e-poçt ünvanını qeydiyyatdan keçirən hər bir İnternet istifadəçisi tez və ya gec spamla qarşılaşır.
Spamın ən geniş yayılmış növü elektron məktublardır. Spamerlər xüsusi proqram robotlar vasitəsilə (və ya nadir hallarda əl ilə) elektron poçt ünvanlarını veb səhifələrdən, forumlardan, qonaq kitablarından, veb çatlardan və s. mənbələrdən toplayırlar. Bu tip robotlar bir saat ərzində minlərlə ünvan toplaya bilirlər. Ünvan toplamaq üçün istifadə edilən digər üsulda spam təsadüfi ünvana göndərilir və məktub server tərəfindən qəbul edildiyi halda o ünvan siyahıya əlavə edilir. Bəzi şirkətlər yalnız bu cür ünvanları toplayıb, ünvanlardan tərtib edilən bazanı digər spamerlərə satırlar. Beləliklə, elektron ünvana gələn spamın səbəbi həmin ünvanın hər hansı bir üsul ilə spamerlə məlum olmasıdır. Bu üsullardan bəziləri aşağıda göstərilmişdir:
Elektron poçt spamları adətən bu xüsusiyyətlərə malik olur:
İCQ, MSN və Yahoo Messenger! kimi ani ismarış xidmətlərinin geniş istifadəsi ilə, spamerlər bu şəbəkələrdən də istifadə etməyə başladılar. Spamerlər bu xidmətlərin istifadəçi axtarış sistemindən istifadə edərək onlara reklam xarakterli ismarışlar göndərir.
Son zamanlar internetdə məşhurlaşan Bloq və Vikilərin xüsusiyyəti onların səhifələrinin asanlıqla redaktə olunmasındadır. Spamerlər bundan istifadə edərək reklam məzmunlu yazıları bu səhifələrə əlavə edirlər.
Spam yalnız internet vasitəsilə deyil, həmçinin mobil telefonlara qısa mesaj (SMS) vasitəsilə göndərilə bilər.
Spamın yaratdığı təhdidləri üç kateqoriyaya bölmək olar:
Spamın artan həcmi internet-provayderlərin göstərdiyi xərclərin artmasına səbəb olur: onlar kanalların buraxma qabiliyyətini artırmağa, böyük həcmdə informasiyanın saxlanması üçün daşıyıcıların miqdarını və tutumunu artırmağa məcbur olurlar. Eyni zamanda böyük həcmdə lazımsız poçt məlumatlarının emalı üçün zəruri texniki dəstəyin həcmi də artır.
Spam texnologiyaları onlarla mübarizə vasitələri mürəkkəbləşdikcə daha da incə olurlar. Qadağanedici və təşkilati əks-tədbirlər istifadəçi səviyyəsində, texnoloji həllər – korporativ səviyyədə, qanunvericilik həlləri isə – qlobal, beynəlxalq səviyyədə daha səmərəlidir.
Spam – İnternetin mərkəzləşdirilməmiş və təbiətinə görə kökünü tamam kəsmək mümkün olmayan problemdir. Buna baxmayaraq qanunvericilik əks-tədbirləri elə hüquqi sistem yaratmağı təmin edər ki, spam alan onun çərçivəsində ziyanın ödənilməsini tələb edə bilər.
Texnoloji həllərə misal RFC 2821-ə uyğunluğun yoxlanması, kontentin yoxlanması, "qara" və "ağ" siyahıların tərtibi və yoxlanması ola bilər. Məsələn, RFC 2821 elektron poçt məlumatlarını aşağıdakı hallarda çıxdaş edir:
Spamla mübarizə proqramı Anti-Spamer məktubların başlığını – göndərənin ünvanını və məktubun mövzusunu oxuyur. Sonra göndərənin ünvanı "ağ siyahı" ilə müqayisə edilir – əgər beləsi varsa, məktub buraxılır, əks halda ünvan "qara siyahı"ya salınır, məktub silinir və cavab göndərilir ki, məktub bloka alınıb. Əgər ünvan sizin verdiyiniz mövzudan gəlirsə, onda ünvan avtomatik "ağ siyahı"ya salınır. "Qara siyahı"dan olan hər bir ünvan üçün təkrarlar sayğacı var, təkrarların sayı verdiyiniz limiti keçməyə başlayırsa, proqram bu ünvanla nə etmək lazım olduğunu yoxlayır: "ağ siyahı"ya salmalı, yoxsa belə məktubları dərhal məhv etməli.
Spamerlər öz qurbanlarının e-poçt ünvanlarını müxtəlif üsullarla tapırlar:
Bunları nəzərə alaraq aşağıda izah edilən qaydalara əməl edilməsi spamın miqdarını minimuma endirə bilər:
Bəzi dəyərləndirmələrə görə son zamanlarda spam və virus məzmunlu elektron məktubların sayı bütün göndərilən məktubların 85%-95%-ni təşkil etməkdədir. Digər spam növlərində bu rəqəm nisbətən azdır.
Azərbaycanda poçt xidməti göstərən Box.az saytının statistikasına əsasən 2009-cu ildə Box.az-a daxil olan məktubların təqribən 90%-i məhz spam olub.[5]
Spam məktublarında ən çox reklam ediləm məhsul və xidmətlər: pornoqrafik saytlar, müxtəlif dərmanlar, printer kartricləri, proqram təminatları və mövcud olmayan Universitetlərin saxta diplomları, Mərkəzi Afrikada (əsasən Nigeriya) vəsiyyət edilmiş milyardlarla dollar.
İnternet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |