Spartak Zlatibor Voda FK (serb-kiril. Фудбалски клуб Спартак Суботица) və ya Spartak Subotiça FK (serb-kiril. ФК Спартак Суботица), — Serbiyanın ən üst səviyyəli futbol liqası olan Serbiya Super Liqasında iştirak edən bir futbol klubu.
Spartak Subotiça FK | |||
---|---|---|---|
Спартак | |||
Klubun tam adı | Spartak Zlatibor Voda FK | ||
Ölkə | Serbiya | ||
Ləqəb(lər) |
Плави голубови (Göy Göyərçinlər) Маринц (Dənizçilər) Спартанци (Spartalılar) |
||
Yaranma tarixi | 21 aprel 1945 ) | ||
Stadionu | Subotiça Şəhər Stadionu | ||
Tutumu | 13.000 | ||
Koordinatlar | 46°04′32″ şm. e. 19°40′22″ ş. u.HGYO | ||
Prezidenti | Draqan Simoviç | ||
Baş məşqçisi | Andrey Çernişov | ||
Liqa | Serbiya Superliqası | ||
2023/2024 | 10-cu | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
1945-ci ildə qurulan Spartak Subotiça FK, Voyvodina FK-dan sonra Serbiyanın şimalındakı ən müvəffəqiyyətli futbol klubu olmuşdur[1]. İlk müharibə sonrası futbol çempionatına 1946-1947 illər arasında Yuqoslaviya Birinci Liqasında qatılmış və bundan sonra həmişa birinci və ikinci milli liqalar arasında oynamışdır. Klubun ən böyük müvəffəqiyyəti, 1993-1994 illəri arasında Yuqoslaviya FR Kuboku finalında Partizan Belqrad FK-a qarşı (1-6 məğlub) oynadığında əldə edilmişdir.
1945-ci ilə qədər fəaliyyətdə olan JAK Subotiça FK-nun dağılmasından sonra, yeni qurulan iki klubda (Radniki ya da Qraqilanski) oynamaq istəməyən oyunçular, Spartak Subotiça FK-u qurdular. Yeni qurulan futbol klubunu, əfsanəvi bir Subotiça atleti və ikinci dünya müharibəsi komandiri olan Yovan Mikiçin ləqəbi (Spartak) ilə adlandırıldı. Klub ilk illərində çox fəal olaraq, Subotiça futbol ənənəsini davam etdirirdi. Klubun bir çox oyunçusu daha sonra ölkənin və ya dünyanın ən böyük futbol klublarında oynamağa başladılar. Bəziləri isə milli komandada oynamağa başladı.[2]
Spartak Subotiça FK-nun azarkeşləri özlərini Marinci adlandırırılar[3]. Bu söz Azərbaycan dilində dənizçi deməkdir. Bu ləqəb 1989-cu ilin əvvəllərində yaranmışdır.
Subotiça Şəhər Stadionu (serb-kiril. Градски стадион Суботица[4]), Serbiyanın Subotiça şəhərində yerləşən və çox istifadə edilən bir stadiondur. Hələ də əksəriyyətlə futbol matçları üçün istifadə edilməkdədir. Stadion 1945-ci ildən bəri futbol klubunun əsas stadionudur. Stadionun tamaşaçı tutumu 13 mindir[5]. Stadionun bir futbol meydançası və atletik yarışlara uyğun cığırı var. Stadionun iki yan meydançası da mövcuddur.
Mitropa Kuboku, klubun qatıldığı ilk böyük beynəlxalq futbol kuboklarından biri idi.
Mövsüm | Müsabiqə | Raund | Ölkə | Klub | Hesab | Mövqeyi |
---|---|---|---|---|---|---|
1987 | Mitropa Kuboku | Yarı-Final | İtaliya | Askoli FK | 1-2 | Askoli Piseno, İtaliya |
3-cü/4-cü yer | Macarıstan | Vasas FK | 0-2 | Porto Sant Elpidiyo, İtaliya |
Mövsüm | Müsabiqə | Tur | Ölkə | Klub | Ev | Səfər | Ümumi |
---|---|---|---|---|---|---|---|
2010/2011 | UEFA Avropa Liqası | 2-ci Təsnifat Mərhələsi | Lüksemburq | Differdanj 03 FK | 2-0 | 3-3 | 5-3 |
3-cü Təsnifat Mərhələsi | Ukrayna | Dnepr Dnepropetrovsk FK | 2-1 | 0-2 | 2-3 |
Yuqoslaviya Kuboku:
Bu altbaşlığı genişləndirmək lazımdır. (18 aprel 2017) |