Spektroqram

Spektroqram (ing. Spectrogram, rus. Спектрограмма) — akustik siqnalın gücünün tezliklər üzrə zamana görə paylanmasını əyani göstəricisi. İkiölçülü diaqram spektroqramın ən geniş yayılmış təsvir formasıdır: üfüqi oxda zaman, şaquli oxda tezlik göstərilir; üçüncü ölçü konkret zaman anında müəyyən tezlikdə amplitudu göstərməklə şəkildə intensivliklə və ya nöqtənin rəngi ilə təsvir edilir. Sonoqram da adlanır.

  • İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.