Spenser körfəzi

Spenser körfəzi (ing. Spencer Gulf) – Avstraliya qitəsi sahillərində, Cənubi Avstraliya ştatında, Böyük Avstraliya körfəzindən yuxarıda yerləşən körfəz. Körfəzin ən uzun hissəsi 320 km, ən enli hissəsi isə 129 km-dir. Körfəzin qərb sahilində Eyr yarımadası, şərq hissəsində isə onu Müqəddəs Vinsent körfəzindən ayıran York yarımadası yerləşir. Körfəzi Böyük Avstralia körfəzindən ayıran şərti sərhəd Matteu Flinders tərəfindən Eyr yarımadasındakı Keyp ucqarından York yarımadasındakı Keyp Spenserə qədər uzanan xətt müəyyən edilmişdir.[1] Körfəzin sahillərində yerləşən ən böyük şəhərlər Port Linkoln, Uaylla, Port Payri və Port Avqustdur.

Spenser körfəzi
ing. Spencer Gulf
Ümumi məlumatlar
Tip körfəz
Yerləşməsi
34°25′00″ c. e. 136°48′36″ ş. u.
Ölkə  Avstraliya
Akvatoriyası
Spenser körfəzi xəritədə
Spenser körfəzi
Spenser körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Körfəz Matteu Flinders tərəfindən 20 mart 1802-ci ildə Uels şahzadəsi Diananın əcdadı Corc Con Spenserin (İkinci Örl Spenser) şərəfinə adlandırılmışdır.

  1. "A Voyage to Terra Australis — Volume 1 by Matthew Flinders". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-03.