Spinoff

Mediada spin-off (və ya spinoff)[1] termini radio proqramda, televiziya verlişində, teleserialda, filmdə, video oyunda, romanda və ya hər hansı bir layihədə yer almış hekayənin, baş vermiş bir hadisənin, obrazın və s. kiminin ayrıca olaraq sırf o barədə hazırlanmış versiyasıdır.[2][3] İngilis dilində istifadə olunan bu terminin Azərbaycan dilində birbaşa tərcüməsi olmasada "(nəyinsə) bir hissəsi" mənasında başa düşülə bilər.

Daha dəqiq qavranması üçün aşağıdakı bir neçə nümunəyə nəzər salaq:

  • 2009-17 illərdə The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri serialının bir neçə mövsümündə ilk vampir ailəsi haqqında söhbət açıldı. Sözügedən serial uğurlu alındığından kanal ilk vampir ailəsi mövzusunda ayrıca olaraq 2014-cü ildə İlk Doğulmuşlar adlı serial yayımlamağa başladı. Aktyor heyətinə gəldikdə isə rolları bu mövzudakı obrazları daha əvvəl Vampirin Gündəlikləri-ndə ifa etmiş eyni aktyorlar ifa etdilər.
  • Fləş serialı da Ox serialının spin-off versiyasıdır (və ya spin-off-udur). Qrant Qastin tərəfindən oynanılmış Fləş obrazı ilk dəfə 2012-ci ildə yayımlanmağa başlayan Ox serialının 3 seriasında göründü. Yaradıcılar bu obraza diqqət yetirərək ona aid ayrıca bir serial hazırlamağı qərara aldılar və 2014-cü ildə Fləş serialını yayımlamağa başladılar. Rol isə bu rolu Ox-da oynamış Qastinə verildi.
  1. "Arxivlənmiş surət". 2016-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
  2. "Arxivlənmiş surət". 2022-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
  3. "Arxivlənmiş surət". 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]