Spiraea × billardii

Billiard topulqası (lat. Spiraea × billardii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü.

Billiard topulqası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Amerika, Şimali Avropa və Asiyanın ərazisində yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Yarpaqların rəngi zəngin palitraya malikdir: zərif yaşıldan gümüşüyə, payız dövründə isə sarı çalarlardan bənövşəyi və al qırmızıyadək dəyişir. Təbii formaları topulqaya şar, kaskad və ya piramida, sallaq və ya sürünən görünüş verir. Topulqanın çiçəkləri xırda və gözəldir. Onlar çoxsaylı süpürgəvari, qalxanvari, sünbülvari və ya piramidal çiçək qrupları ilə açılır.

Çöl və dağ bitkisi hesab edilir. Qış şəraitinə, tüstüyə, qaza davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mədəni şəraitdə becərilir.

Hazırda onu qoruqlarda və ya bağ sahələrində görmək olar. Topulqa istənilən bağın bəzəyi hesab edilir. Çiçək qrupları kolu çəhrayı və qırmızı çiçəklərlə bəzəyir.