Sporlar

Sporlar (yun. sparo-"səpmə")-ibtidai və ali bitkilərdə çoxalmağa xidmət edən müxtəlif mənşəli mikroskopik törəmələrdir. Sporlar başqa hüceyrə ilə birləşmədən, yəni mayalanmadan cücərərək yeni bitki orqanizmlərinin başlanğıcını verir. Bir, iki və çoxhüceyrəlidir, silindr, kürə, ellips, yumurta, armud, paxla formasında olur. Bir çox bitkilərlə sporlar müxtəlif quruluşlu qlafla örtüldüyündən protoplastda toplanan ehtiyat qida maddələri hesabına qidalanaraq cücərmə qabiliyyətini uzun müddət saxlayır. Sporları üç qrupa bölmək olar: sinziqotlar, mitosporlar və meyosporlar. Ali bitkilər yalnız meyosporlar əmələ gətirir.[1]

Sporlu bitkilər

[redaktə | mənbəni redaktə et]

Sporlu bitkilər əsasən qeyri-cinsi və ya cinsi yolla əmələ gəlmiş sporlar vasitəsilə çoxalan və yayılan bitkilərdir. Bu bitkilər bəzən ibtidai (yosunlar, bakteriyalar, şibyələr, göbələklər) və ali (mamırlar, plaunlar, selaginellalar və s.) qruplara bölünür. Bəzi sporlu bitkilərdə sporlar əmələ gəlmir; belə ki, çoxalma bitkinin müəyyən hissəsinin ayrılması ilə gedir (məs., bir çox şibyələrdə). Toxumlu bitkilər sporlu bitkilərdən çoxalma və yayılmasının toxum vasitəsilə getməsilə fərqlənirlər.

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Ali sporlu bitkilər. Mamırlar şöbəsi[ölü keçid]