Sportrota — 1991-ci ildə yaradılmış Naxçıvan Dövlət Müdafiə Komitəsinin ilk Xüsusi təyinatlı bölməsi.[1][2]
Sportrota | |
---|---|
Ölkə | Azərbaycan |
Şüarı | İrəli yox, arxamca! |
Komandanlıq | |
Məşhur komandirləri |
Səfər Əliyev İbrahim Əliyev Aydın Həsənov Fəxrəddin Quliyev |
1990-cı ildə Azərbaycana qayıdan və bir il sonra Naxçıvan Ali Məclisinin (o zaman Ali Sovet) sədri seçilən Heydər Əliyevin sayəsində ərsəyə gətirilən Naxçıvan Dövlət Müdafiə Komitəsinin ilk hissələrindən olan xüsusi təyinatlı bölmə Naxçıvanın müdafiəsində ön sıralarda yer tutmuş, bir çox ağır döyüş əməliyyatları keçirmişdir. O zamanadək AXCP-nin Naxçıvan MR şöbəsinin təşəbbüsü ilə apardığı pərakəndə döyüşlər məhz bundan sonra Naxçıvan Dövlət Müdafiə Komitəsinə tapşırılmış, komitənin ilk rəhbəri Elman Abbasovun xüsusi xidmətləri sayəsində torpaqlarımızın qorunması daha da peşəkarlaşmış, müdafiə gücümüz nizami ordu halını almışdı.[1]
“Sportrota” adlanan xüsusi təyinatlılara Əfqanıstanda və digər xarici dövlətlərdə hərbi təcrübələr qazanmış keçmiş əsgər və hərbi qulluqçular cəlb olunmuşdu. Bölməyə onun ilk komandiri olan uzun illər Macarıstanda hərbi xidmət göstərmiş, Səfər Əliyev rəhbərlik etmişdir. Onun müavinləri: İbrahim Əliyev (döyüş əməliyyatları üzrə), Aydın Həsənov (hərbi-siyasi məsələlər üzrə), Fəxrəddin Quliyev (hərbi əlbəyaxa döyüşü üzrə) olmuşdur. İlk əvvəl alayın tərkibi könüllülərindən ibarət olur. Sonradan Naxçıvanda Sovet Ordusuna əsgər göndərilməsi dayandırıldıqda sonra hərbi xidmət yaşına çatmış cağırışçılar da alaya cəlb etməyə başladılar.[2]
1992-ci ildə Erməni hərbi birləşmələri Sədərək, Buzqov, Gərməçataq istiqamətində hücuma keçirlər. Bu hücuma qarşı Naxçıvanın bütün əhalisi, dövlət orqanları, Xalq Cəbhəsinin könüllüləri, OMON birləşmələri mübarizə aparırlar. Döyüşlərin ən qızğın nöqtəsi Sədərək kəndi, ermənilərlə sərhəd zolağının ən yaxın təmas nöqtəsi olan Mil təpəsi idi. Bu döyüşlərdə Azər Məmmədovun başçılığı ilə OMON qüvvələri Sədərəkdə Ucubizdə, könüllülərdən ibarət batalyon Qırmızılarda, Əjdəkan və Beşbarmaqda isə Şahmərdan Cəfərov öz döyüşçüləri ilə müdafiə olunurdu. Əsasən Naxçıvan Muxtar Respublikasının indiki Sədərək rayonunun yüksəkliklərini qoruyan dəstə assimetrik döyüş şəraitində öz postlarını qoruya bilmiş və düşmənə zərbələr vurmuşdur. Onların qurduqları postlar üzərindən 27 il keçməsinə baxmayaraq, indi də dəyişilmədən qalır. 18-28 may tarixləri arasındakı həmin döyüşdə 50-yə yaxın əsgər şəhid olub.[1]