St Ceyms Park

Stadionun daxili görünüşü
Sent-Ceyms Park (1998)

Sent-Ceyms Parkİngiltərənin Nyukasl şəhərində yerləşən və Nyukasl Yunayted futbol komandasının ev oyunlarını oynadığı, 52394 nəfər tamaşaçı tutumuna sahib futbol stadionu. Azarkeşlər arasında "Heaven" (tərc. "cənnət") və "The Castle" (tərc. "qala") adları ilə də tanınır. 1892-ci ildə istifadəyə verilmişdir. Burada Bryus Sprinqstin, Kuin, Bob DilanBrayan Adams kimi sənətçi və musiqi qruplarının konsertləri keçirilmişdir.

Stadion 1996 Avropa Futbol Çempionatında 3 oyuna ev sahibliyi etmişdir. Eland Road ilə birlikdə B qrupunda Fransa, İspaniya, RumıniyaBolqarıstan yığmalarının oyunlarını qəbul etmişdir.

2012 Yay Olimpiya Oyunlarında bəzi oyunların bu stadionda keçirilməsi planlaşdırılır.

Stadion FİFA videooyunlarında lisenziyalı olaraq göstərilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]