Lavandayarpaq poruq (lat. Stachys lavandulifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.
Lavandayarpaq poruq | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Lavandayarpaq poruq |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
15-20 sm hündürlükdə yarımkolcuqdur. Gövdələri çoxsaylıdır. Yarpaqları uzunsov, xətti-lansetvari və ya xətti, 4-7 sm uzunluqda, 2-5 mm enindədir. Köbələri 4-6 çiçəkli, uzunsov çiçək qrupunda 17 sm uzunluqda və 4 sm enindədir. Kasacıq 2-3 sm uzunluqdadır. Çiçək tacı parlaq-çəhrayı, kasacıqdan qısa; yuxarı dodağı aşağı dodağından qısa, uzunsov-dəyirmi, aşağı-üçdilimli, dərin oyuqlu, iri, orta dilimlidir. Tozcuqları 3 mm uzunluqda, yumurtavari, üçtilli, tünd-qəhvəyi rənglidir.
May-iyul (avqust) aylarında çiçəkləyir, iyun-avqust aylarında toxumlayır. Aşağı və orta dağ qurşaqlarının (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) qayalı, daşlı və gilli yamaclarda, töküntülü və əhəngli yerlərdə və çaqıl çay daşları arasında rast gəlinir. Dekorativ bitkidir.
Kiçik Qafqazın mərkəzi, Naxçıvanın və Lənkəranın dağlıq hissəsi, Diabar ərazisidir.
Bir neçə lokalitetlərində azalma tendensiyası müşahidə olunur.
Əhali tərəfindən toplanması iqlim amillərinə həssaslıq və intensiv otarılmasıdır.
Populyasiyanın strukturunun öyrənlməsi və yayılma yerlərində mühafizə tədbirlərinin həyata keçirilməsi vacibdir.