Stal Sayad (1880 – 1900) — ləzgi şair.[1]
Stal Sayad | |
---|---|
СтIал Саяд | |
Doğum tarixi | 1880-ci il |
Vəfat tarixi | 1900-cü il |
Milliyyəti | Ləzgi |
Fəaliyyəti | şair |
juvanbur.net/azj/_1317 |
Stal Sayad 1880-ci ildə anadan olub. Onun şerlərini xalq mahnılarından, xalq yaradıcılığından ayırmaq çətindir. Sayadın şerlərinin çoxu nakam məhəbbətə həsr olunsa da, onlarda yaşamaq uğrunda mübarizə, o dövrün ədalətsizliklərinə qarşı mübarizə var.
Həmkəndlisi kasıb rəncbərin oğlu Şıxrəhimlə Sayadın arasında böyük məhəbbət yaranır. Amma atası onu başqa kənddə yaşayan dövlətli adama verir. Qanunlara tabe olmaqdan başqa çarəsi olmayan Sayad çətin dövrdə başını aşağı əymir. Sayad ömrünün axırına kimi məhəbbətinə sadiq qalır. Onunla ömür yoldaşı olan adam onun ürəyinə yatmır.
Uşaq vaxtlarından anasını itirən Sayad həyatın bütün çətinliklərini yaşayır.
Şairirənin şerləri sadə, gözəl və rahat dildə yazılmışdır. Stal Sayadın irsi hələ tamam toplanılmayıb. Onun şerlərinin hamısı bizə məlum olmasa da, bir hissəsi mahnılara çevrilib xalq arasında ağızdan-ağıza keçir.
Stal Sayad 20 yaşı tamam olmamış vəfat edir.
Onun şerləri həmişə xalq arasında yaşayacaqır. O, 1900-cü ildə vəfat edib.[2], [3]