Stalik Xankişiyev

Stalik (Stanislav) Hüseyn oğlu Xankişiyev (rus. Ста́лик (Станислав) Гусе́йнович Ханкиши́ев[1]; d. 2 fevral 1962, Fərqanə, Özbəkistan SSR, SSRİ) — kulinar, yazıçı və fotoqraf. Əsasən şərq mətbəxinə həsr olunan kulinariya kitablarının müəllifidir.[2]

Stalik Xankişiyev
Digər adı Stanislav Hüseyn oğlu Xankişiyev
Doğum tarixi 2 fevral 1962(1962-02-02) (62 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Təhsili
  • Milli Elm və Texnologiya Universiteti[d]
Fəaliyyəti kulinariya kitablarının müəllifi, teleaparıcı
Tanınır yazıçı, teleaparıcı, videobloger, musiqiçi, gitaraçı, skripkaçı
Mükafatları Kitab mükafatları
Gourmand World Cookbook Awards
stalic.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası azərbaycanlı, anası isə almandır.[3][4] Atası Fərqanə Politexnik İnstitutunda müəllim idi. Stalik kitab yazmağa başlayana qədər Özbəkistanda sahibkarlıqla məşğul olub.

Stalik Xankişiyev Rusiya televiziyalarında müxtəlif verilişlər hazırlayıb. O, bloq yazıları da yazır.[5]

Kitabları və bəzi mükafatları

[redaktə | mənbəni redaktə et]

Stalik Xankişiyev peşəkar aşpaz olmasa da kitabları Rusiyada çox məşhurdur.[6] O, bir sıra telekanallarla əməkdaşlıq çərçivəsində, müəllifi olduğu kitablarda, televiziya verilişlərində Azərbaycan milli mətbəxinə geniş yer ayırır. Xankişiyev bu haqda danışarkən bunları deyib:

" Bir azərbaycanlı olaraq milli mətbəximizin beynəlxalq aləmdə qəbul olunması, başqaları tərəfindən mənimsənilməməsi üçün əlimdən gələni edəcəyəm. - Stalik Xankişiyev, 2016[7] "

"Böyük İpək Yolu" mükafatını qazanan Stalik Xankişiyevin müəllifi olduğu "Bazar, qazan və dəstərxan" kitabı "İyirmi ildə milli mətbəx haqqında ən yaxşı kitab" nominasiyası üzrə qalib olub. Onun "Qazan, kulinariya dərsliyi" kitabı 2015-ci ildə "Qurman" kulinariya kitabları beynəlxalq müsabiqəsində birinci yeri tutub. "Plov, kulinar tədqiq" kitabı isə 2016-cı ildə həmin müsabiqənin "Milli mətbəx haqqında ən yaxşı" nominasiyasında qalib gəlib.[7]

Kitab mükafatları
Mükafat İl Kitab Nominasiya
Gourmand World Cookbook Awards 2012[8][9] Bazar, qazan və dəstərxan Milli mətbəx
2013[10] Manqal Populyar teleaparıcı
2015[10] Plov: kulinar araşdırmaları İpək yolu

Kitablarının siyahısı

[redaktə | mənbəni redaktə et]

Mənbə:[11]

  1. "Сталик против Обломова: у кого кебаб длиннее — L!FE.ru". 2017-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
  2. Константин Мильчин. "10 сталикских ударов. «Казан, мангал и другие мужские удовольствия»". Газета «Книжное обозрение». 2006-08-18.
  3. "Сталик Ханкишиев". cookland.ru. 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
  4. "Сталик с нами!". trud.ru. 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
  5. "Putinin müşaviri azərbaycanlı yazarla mübahisədən sonra "Facebook"dan getdi". Lent.az. 2017-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
  6. "AZAL məşhur aşpazın şikayətinə cavab verdi". Modern.az.
  7. 1 2 "Azərbaycanlı kulinar Stalik Xankişiyevin Bakıda iki kitabının təqdimatı keçirilib". Azertag.az. 2016-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.
  8. "Во Франции наградили поваренную книгу кулинара Сталика Ханкишиева". 2013-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-27.
  9. Cookbooks finalists 2012 Arxivləşdirilib 2020-02-20 at the Wayback Machine (3. Cuisines, C01 – Local) // cookbookfair.com
  10. 1 2 The best of the best 1995—2020 Arxivləşdirilib 2022-01-23 at the Wayback Machine // cookbookfair.com
  11. "КНИГИ СТАЛИКА ХАНКИШИЕВА". Stalic.ru. 2017-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-02.
  • Казанкина О. Сталик с нами! // Труд (общественно-политическая газета). № 027. — 2014. — 26 fevral. 2015-12-08 tarixində arxivləşdirilib.
  • Идлис Ю.Б. stalic // Рунет: Сотворённые кумиры. М.: Альпина нон-фикшн. 2010. 433–501.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]