Stanislav İosifoviç Rostotski (rus. Станислав Иосифович Ростоцкий; 21 aprel 1922[1][2], Rıbinsk, Rıbinsk quberniyası[d], RSFSR[d][1] – 10 avqust 2001[2], Vıborq, Leninqrad vilayəti) — rus sovet kinorejissoru, ssenarist və aktyoru. SSRİ xalq artisti (1974). SSRİ dövlət mükafatı laureatı (1970, 1975). 1951-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü[3][4].
Stanislav Rostotski | |
---|---|
rus. Станислав Иосифович Ростоцкий | |
Doğum adı | Stanislav İosifoviç Rostotski |
Doğum tarixi | |
Doğum yeri | Rıbinsk, Rıbinsk quberniyası, RSFSR |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Vıborq, Leninqrad vilayəti, Rusiya |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Rusiya |
Həyat yoldaşı | |
Fəaliyyəti | kinorejissor, aktyor, ssenarist |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0745498 |
Stanislav Rostotski 1922-ci ildə Rıbinsk şəhərində anadan olmuşdur. 1952-ci ildən kino fəaliyyətinə rejissor kimi başlamışdır. Əhvalat Penkovda baş vermişdir (1958), Bazar ertəsinədək yaşayıb görərik (1968), Şəfəqlər burada sakitdir (1972), Qaraqulaq ağ Bim (1977) və s. filmlər çəkmişdir. Onun bir çox filmləri ümumdünya kinofestivallarında mükafatlar qazanmışdır. 1974-cü ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. Stanislav Rostotski 2001-ci ildə Leninqrad vilayətinin Vıborq şəhərində vəfat etmişdir.
İl | Filmin adı | Şəkil | Filmin orijinal adı | Fəaliyyəti |
---|---|---|---|---|
1952 | Yollar-yolağalar | rus. Пути-дороги | Rejissor | |
1953 | Sirli tapıntı | rus. Таинственная находка | İkinci rejissor | |
1955 | Torpaq və insanlar | rus. Земля и люди | Rejissor | |
1957 | Əhvalat Penkovda baş vermişdir | rus. Дело было в Пенькове | Rejissor, ssenari müəllifi | |
1959 | May ulduzları | rus. Майские звёзды | Rejissor | |
1962 | Yeddi küləkdə | rus. На семи ветрах | Rejissor, ssenari müəllifi | |
1963 | Qış etüdləri | rus. Зимние этюды | Rejissor | |
1966 | Zəmanəmizin qəhrəmanı | rus. Герой нашего времени | Rejissor, ssenarist | |
1968 | Bazar ertəsinədək yaşayıb görərik | rus. Доживём до понедельника | Rejissor | |
1971 | On beşinci bahar | rus. Пятнадцатая весна | Rejissor | |
1972 | Şəfəqlər burada sakitdir | rus. А зори здесь тихие | Rejissor | |
1977 | Qaraqulaq ağ Bim | rus. Белый Бим Чёрное ухо | Rejissor, ssenarist | |
1979 | Kinoaktyor peşəsi | rus. Профессия — киноактёр | Rejissor | |
1980 | Uçan qusarlar eskadronu | rus. Эскадрон гусар летучих | Rejissor | |
1985 | Daşlarda da ağaclar bitir | rus. И на камнях растут деревья | Rejissor | |
1989 | Fyodor Kuzkinin həyatından | rus. Из жизни Фёдора Кузькина | Rejissor | |
1998 | Bıçaq üstə | rus. На ножах | Aktyor |